vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
14:13 | 7 sentyabr 2015 | Bazar ertəsi Məqaləyə 1199 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezidentdən «gömrük» vədi

PİCARD-ın 10-cu ili toplantısı Bakıda keçirilə bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində geniş islahatlar həyata keçiriləcək. Bu açıqlamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ilə görüşü zamanı deyib.

Prezident İlham Əliyev ölkəmizdə gömrük sisteminin müasirləşdirilməsi məqsədilə bir çox praktiki addımların atıldığını bildirib və Gömrük xidmətinin iqtisadiyyat və təhlükəsizlik baxımından önəmini qeyd edib.

Ölkəmizin gömrük xidməti sahəsində təşkil olunan bir sıra tədbirlərə ev sahibliyi etdiyini deyən Prezident İlham Əliyev Dünya Gömrük Təşkilatının 10-cu illik PICARD «Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı» konfransının Bakıda keçirilməsinin əhəmiyyətinə toxundu.

Dünyada gömrük daşımalarının həcminin getdikcə artığını vurğulayan Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya bu sahədə peşəkarlığın mütəmadi olaraq artırılmasının çox vacib olduğunu bildirdi. Hazırda bir çox ölkələrdə beynəlxalq daşımaların idarə edilməsi məsələlərinin aktuallığının olduqca artdığını deyən Kunio Mikuriya təşkilatın Bakıda keçiriləcək 10-cu illik PICARD Araşdırmalar Konfransının bu işlərə öz töhfəsini verəcəyinə ümidvar olduğunu qeyd etdi, gömrük xidməti işinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, rəhbərlik etdiyi təşkilatın Bakıda Regional Təlim Mərkəzinin fəaliyyət göstərdiyini xatırladaraq Bakıda yeni Regional Kinoloji Təlim Mərkəzinin də açılacağını məmnunluqla qeyd etdi.

Görüşdə Azərbaycan ilə Dünya Gömrük Təşkilatı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.