«Yazıb ki, məni aldadırsan»
Dilqəm Əsgərov oğluna hirslənib
Gülşən RAUFQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Girovların məsələsi tezləşdirilməlidir”
Avropa Məhkəməsi girovlarla bağlı məsələyə baxacaq
-
«Gəlin gedək evimizə!»
«Təmas xəttindən erməni ailələrinə hər gün əsgər meyiti göndərilməlidir»
-
Azərbaycanlı əsirlər Bakıya gətirildi
4 nəfər Beynəlxalq Qırmızı Xaç Komitəsinin təyyarəsi ilə vətənə döndü
-
Şahbaz Quliyevin səhhəti daha da pisləşib
Kəlbəcər girovunu İrəvanda pakistanlı həkim müalicə edir
-
«Detalları açıqlamaq istəmirəm»
Dilqəm Əsgərovun oğlu: «Kimin kim olduğunu indi daha yaxşı bilirəm»
-
Kəlbəcərli girov Şuşadan İrəvana aparıldı
Düşmən əsirliyində olan Şahbaz Quliyevin vəziyyəti ağırlaşdı
-
Dilqəm Əsgərovdan məktub gəldi
7 aydan sonra ...
-
Kəlbəcər girovlarından xəbər var
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər
-
«6 aydır xəbər almırıq»
Dilqəm Əsgərovun oğlu: «Ümidimiz yalnız prezidentimiz İlham Əliyevədir»
-
Həsən Həsənovun ailəsinə ev verildi
Şəhidin qardaşı: «Mehriban xanım Əliyevanın xüsusi köməyi oldu»
-
Dilqəm, Şahbaz, Həsən...
İşğalçı siyasəti sındıran Kəlbəcər girovlarının qəhrəmanlıqlarından 3 il ötür...
-
... Dilqəmlə Şahbazın məsələsi icraata götürüldü
Avropa insan haqları komissarı tərəfindən...
-
Ermənilərə görə Azərbaycana hədə kimi tələb
Erməni əsilli vətəndaşlarının müdafiəsinə qalxan Moskva Xankəndində girov saxlanılan Dilqəmi niyə unudub?
-
Vətənində girov olan qəhrəmanlar...
Dilqəm və Şahbaz Şuşadan ayrı yaşaya biləcəkmi?
-
Rusiyanın Bakıdakı elçisinin müsahibəsi aranı qatdı
Politoloq: «Niyə rusiyalı diplomat bircə dəfə Dilqəm Əsgərovun yanına getməyib?»
-
«Situasiyanı tam dərk edə bilməmişik»
Rusiya səfiri: «Əsgərov təmas xəttini necə keçib, niyə silahlı olub?»
Hazırda erməni girovluğunda saxlanan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının taleyindən nigarandır. Bu haqda Modern.az-a danışan K.Əsgərov dövlət qurumlarının və rəsmilərin girovların taleyinə biganə yanaşdığını vurğulayıb:
«Atamdan sonuncu dəfə sentyabrın 27-də məktub almışam. Məktubu rus dilində yazmışdı. Artıq məktubları da əvvəlki kimi yazmır. Əvvəl heç olmasa hamını soruşurdu, yalandan da olsa, «yaxşıyam» yazırdı. İndi bizə çatdırılan məktub rusca, özü də qaralanmış formadadır. Mən heç nə başa düşə bilmirəm.
Analoji hal bu ilin fevral ayında da baş vermişdi.Hələ fevralda mən cavab məktubunda atamdan niyə rusca yazdığını soruşdum. O mənə cavabında: «Məktubu alanda yoxla gör, onu kim yazıb» deyə bildirmişdi».
K.Əsgərov atasından aldığı sonuncu məktubun aydın olmadığını bildirib:
«Sentyabr ayında yazdığı məktubu isə çox qısa idi: «Salam, hamıya salamlar».
Mən aydınlaşdıra bilmirəm ki, bunu atam, yoxsa onun yerinə başqasımı yazıb. Bilmirəm, bəlkə də əsəbiləşib elə məktub yazıb. Çünki, həmişə yazanda məndən soruşurdu ki, «nə oldu, nə deyirlər, işlər nə yerdədir?».
Mən də yazırdım ki, yaxşı olacaq, qurtaracaqlar səni girovluqdan. Dövlət qurumları bu istiqamətdə işlər aparır. Rəsmilər həmişə mənə eyni şeyi deyirdi, mən də atama eyni cür yazırdım.
Daha sonra atam mənə yazdı ki, «yalandan məni aldadırsan, məni arxayın salırsan».
Mən də o məktubdan sonra atama yazmıram. Çünki, atam, dövlət qurumlarının mənə verdiyi məlumatlar əsasında yazdığım sözlərə görə mənə inanmır».
K.Əsgərov bildirib ki, bir ildən çoxdur heç bir iş görülmür:
«İki ildən çoxdur Avropa Məhkəməsinə müraciət etmişik. Amma ortada heç nə yoxdur. Hansı iş görülür, niyə baxmırlar işə?! Mənə məlumat verdilər ki, Avropa Məhkəməsi işə baxır, məsələ gündəmə gətiriləcək. Amma heç nəyə də baxmırlar».
Girovun oğlu yeganə ümid yerinin Prezident olduğunu deyib:
«Sentyabr ayında girovlara həsr olunmuş «Dünya susmasın» filminin təqdimatında deputat Qənirə Paşayeva ilə görüşdük. O da bizim kimi yeni heç nə demədi.
Bizdə hamı gözləyir ki, ermənilərdən kimsə girov düşsün, Dilqəmlə Şahbazı dəyişsinlər.
Cənab İlham Əliyev prezidentlərin görüşündə bu məsələni 3 dəfə qaldırıb. Yeganə ümidim cənab Prezidentədir ki, həll olunacaqsa, onun əlilə olunacaq. Artıq üçüncü ilə keçib, bizə deyirdilər «skayp»la danışacaqsız. Heç olmasa, girovların üçüncü ölkəyə ekstradisiyasını həyata keçirsinlər. Biz naəlac vəziyyətdəyik. Ümidimiz ancaq Prezident İlham Əliyevədir».
2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində «məhkəmə» qurulub. «Məhkəmə»nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.