Ağzı açıq kanalizasiya …
... düşmənidir hər kəsin...
Mirmahmud KAZIMOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Əlahəzrət DYP
... Yaxud, yol hərəkəti qaydaları polisə aid deyil?
-
Sürücülərin nəzərinə!
Bakının mərkəzi küçələrində yol nişanları dəyişdirildi
-
“100” kod adlı əmr
Bakının polis rəisi iki qızı qatı cinayətkarlara davranır şəkildə niyə saxladı?
-
Sərxoşlar “Təmiz hava”nın qurbanı oldu
Yol polisi reyd keçirdi
-
“50 manat cərimə …”
Sürücülərə xəbərdarlıq
-
“Alternativ yollardan istifadə edin”
Bakıda bir həftə bağlı qalacaq yolların siyahısı
-
Riyad Əliyev saxlanıldı
Prezidentin qohumu olan iş adamına 30 sutka həbs verildi
-
DYP niyə bu günə düşüb?
Rüşvəti ver polisə birini də üstəlik
-
Əzrayıl Azərbaycan yollarında «avtoşluq» edir
5 ölü, 38 yaralı
-
Bakıda nömrəsiz maşınları kimlər sürür?
«Vətən qarşısında xidmətləri icazə vermir ki, qanunu pozsunlar»
-
11 mindən çoxu sərxoş olub
133 786 sürücü, 83 567 piyada cərimə olunub
-
«Yol polisi olmasa, ...»
Polkovnik taksi sürücülərindən şikayətçidir
-
Maşın ustaları yol polisi ilə əlbir imiş
Avtomobilinizi təmir etdirmək üçün arayış almasanız sizi cərimə gözləyir
-
Yol polisinin «qayğıkeşliyi»
«Elə edin ki, avtomobilinizi vuran adam sizi görməsin» fırıldağı, yaxud «gördüyündən göz kirəsi almaq»
-
Yollarda təhlükəsizlik tədbirləri gücləndirilib
DYP rəsmi məlumat yaydı
-
İldırım sürətli məhkəmə prosesi
Generalın çənə sındıran oğlu cəmi 2 ay «yatıb» azadlığa çıxır?
Son iki-üç gündə Bakıya yağan aramsız yağış paytaxt yollarında ciddi problemlər yaradıb. Bəzi yollarda sürücülər kanalizasiya quyularının qapaqsız olduğunu görməyərək, idarə etdikləri maşını həmin çuxurlara salırlar. Nəticə sürücülərə ciddi zərərə gətirib çıxarır. Bəs bu zərərin məsuliyyətini kim daşıyır?
Modern.az saytı məsələ ilə əlaqədardövlət orqanlarının rəsmiləri və ekspertin fikirlərini öyrənib.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, baş verən bu kimi yol-qəza hadisəsi öncə araşdırılırmalıdır.
«Araşdırma zamanı xətanın hansı səbəbdən baş verdiyi aydınlaşdırılır. Daha sonra isə inzibati qaydada məsuliyyət tətbiq edilir».
O, bildirib ki, avtomobilin kanalizasiya quyularına düşməsinin bir neçə səbəbi var.
«Öncə kanalizasiya lyukunun yolun ortasında və ya hərəkət
hissəsinin kənarında olduğu araşdırılır. Daha sonra isə kanalizasiya quyusunun
ağzının olması əhəmiyyət daşıyır. Hava şəraitinin vəziyyəti araşdırılmalıdır.
Burada sürücünün yol və metroloji şəraiti nəzərə alıb-almaması müəyyən edilməlidir.
Yolun vəziyyəti və sürücünün seçdiyi sürət həddi nəzərə alınmalıdır. Daha sonra
isə məsuliyyəti kimin daşıdığı haqda qərar qəbul edilməlidir».
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov qeyd edib ki, avtomobilin
lyuksuz kanalizasiya quyusuna düşməsi yol-nəqliyyat hadisəsidir.
«Dərhal hadisə yerinə DYP əməkdaşları çağrılmalıdır. Baş vermiş hadisə sənədləşdirilməlidir. Avtomobilin zədələnməsi təsdiqlənməlidir. Bundan sonra yolun sahibindən vurulmuş ziyanı tələb etmək lazımdır».
Ekspert deyib ki, «Yol hərəkatı haqqında» qanuna əsasən, yollarda hərəkətin düzgün təşkil edilməməsinə görə, həmin yol hərəkətini təşkil edən yol sahibi məsuliyyət daşıyır.
«Əvvəla bütün yollarda kanalzasiya quyularının lyukları olmalıdır. Əgər lyuk yoxdursa, kommunikasiya və yol örtüyündə problem varsa, yol hansı qurumun balansındadısa, məsuliyyəti də o qurum daşıyır. Bura «Azəravtoyol» ASC-nin, yerli icra hakimiyyətinin və bələdiyyələrin tərkibində olan yollar daxildir».
«Azəravtoyol» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, kanalizasiya quyuları onların balansında deyil.
«Hərhalda baş vermiş hadisənin səbəbini araşdırmaq lazımdır. Bəlkə yollardakı həmin lyukları kimlərsə açıb və ya oğurlanıb. Ona görə də bu kimi hadisələri araşdırmadan bilmək olmaz ki, məsuliyyəti kim daşıyır».