vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNEY  
09:54 | 24 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 864 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Urmiya gölünün qurumasının qorxunc fəsadları

Güney Azərbaycanda xərçəng xəstəliyinə tutulanların sayı artıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycan Ərdəbil və Urmiya vilayətlərində xərçəng xəstəliyinə tutulanların sayı artıb. Ərdəbil vilayətinin yerli məsulları ardıcıl olaraq bu vilayətdə xərçəng xəstəliyinin artması ilə bağlı xəbərdarlıq ediblər. Bu dəfə isə Ərdəbil Reyhanə Xeyriyyə Müəssisəsinin müdiri məsələ ilə bağlı həyəcan təbili çalıb. «Ərdəbil vilayətində xərçəng xəstəliyinə tutulanların sayı artıb. Vilayətdə hər 100 min nəfərdən 124 kişi və 99 qadın xərçəng xəstəliyinə tutulub» - deyə Əli Sərabian bildirib.

Onun sözlərinə görə, Ərdəbil vilayətində mədə, ağciyər və qadınlarda döş xərçəngi kimi xəstəliklər, ölkənin orta hesabından gözəçarpan dərəcədə çoxdur.

Ekspertlərin əksəriyyəti Ərdəbil vilayətində xərçəng xəstəliyinin artmasını içməli suyun keyfiyyəti və çirkliliyi ilə əlaqələndirir.

Urmiya Gölü Təhqiqat Mərkəzinin sədr müavini isə Urmiya şəhəri və ətraf bölgələrdə xərçəng xəstəliyinin artması ehtimalından danışıb. «Urmiya gölündə olan duz yalnız qida duzundan ibarət deyil, onun tərkibində ağır metallar da mövcuddur. Bu ünsürlər müxtəlif vasitələrlə hərəkət edir və tədricək insan bədəninə daxil olur, sonra isə xərçəng xəstəliyinə səbəb olur»- deyə Nasir Aq bildirib.

Urmu Gölü Təhqiqat Mərkəzinin sədr müavini vurğulayıb ki, «son illərdə Urmu gölündə ciddi dəyişiklik baş verib, lakin havada olan duz zərrəcikləri və onların insanın həyatına yaratdığı təhlükələr ciddi araşdırılmayıb.» O, səlahiyyətli şəxslər və rəsmi orqanları məsələ ilə bağlı ciddi olmağa və Urmu gölü ətrafında araşdırmaların aparılması ilə bağlı lazımi tədbirləri almağa çağırıb.