vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
16:15 | 25 oktyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 720 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Jurnalistlərə imtiyaz vermək çətindir»

Əflatun Amaşov: «Azərbaycanda, bu mexanizm yoxdur»

Qafar AĞAYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir sıra ölkələrdə media nümayəndələrinə müxtəlif imtiyazlar verilir. Məsələn, jurnalistlər ictimai nəqliyyatdan və digər ictimai yerlərdən istifadə üçün xüsusi güzəştlərə malikdirlər.

Belə güzəştlər vaxtilə Azərbaycanda da olub, söhbət keçmiş SSRİ-nin vaxtından gedir. 

Bəs görəsən uzun illər əvvəl tətbiq olunan bu güzəşt yenidən qaytarıla bilərmi? Məsələ ilə bağlı  Modern.az-ın suallarını cavablandıran Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnalistlərə imtiyazların verilməsinə dair müxtəlif fikirlər səsləndirilir.

«Bir zamanlar nəinki jurnalistlər, cəmiyyətin bəzi digər nümayəndələri də imtiyazlardan istifadə edirdilər. Ancaq o imtiyazlar sonradan ləğv olundu. Bəzi ölkələrdə belə güzəştlərin tətbiqi jurnalistlərin çalışdığı müəssisələrin üzərinə düşür. Belə ki, jurnalistlərə metrodan və şəhərdaxili avtobuslardan istifadə etmək üçün kartlar verilir, hətta onlar avtomobillərlə təmin olunur. Belə güzəştlər dövlətin hesabına deyil, çalışdıqları redaksiyaların hesabına həyata keçirilir».

Deputatın sözlərinə görə, hazırki şəraitdə Azərbaycanda o qədər jurnalist var ki, onlar üçün güzəştlər tətbiq etmək çox çətindir, hətta mürəkkəbdir.

«Bu məsələni hansısa qurumun hesabına təşkil etmək mümkün olar. Ancaq bunun üçün həmin qurumlarla müzakirə aparmaq lazımdır. Belə qurumlara misal olaraq Həmkarlar İttifaqı Konfederasiyasını göstərmək olar. Təşkilatların özlərində də həmkarlar ittifaqları olur. Təşkilatlar Həmkarlar İttifaqından yığılan pullar hesabına bu məsələləri həyata keçirə bilər. Bu məsələni indiki şərait üçün müzakirə etmək lazımdır. Bu gün Azərbaycanda jurnalistlərin sayı kifayət qədər çoxdur. Hər gün yeni bir xəbər portalı yaradılır. Ona görə də məsələnin həlli üçün müəyyən mexanizm lazımdır. Hələ ki Azərbaycanda, bu mexanizm yoxdur».