vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
MÜƏLLİF  
17:37 | 24 sentyabr 2013 | Çərşənbə axşamı Məqaləyə 3632 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Harada haqq, harada hüquq»

«Haqq» və «hüquq» terminlərinin bəzi çalar fərqləri

Niyazi MEHDİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Əslində “hüquq” kəlməsi “haqq” sözünün cəmidir. İkisi də ərəb sözüdür, “doğru”nu bildirir. Bu mənada “doğru davranmaq” qanuna uyğun davranmaqdır, çünki “doğru” tuş gəlməyi, qanunu konkret davranışda doğrultmağı, təsdiq etməyi bildirir. Bir az da aydın olsun deyə, “doğru” sözünün “istiqamət”, “tuş olmaq” anlamlarının üstündə dayanaq.

Bizlərdə deyirlər: “filan kəndə doğru yollandı”. Burada “doğru” tuş getməyi bildirir. İndi baxaq qanuna uyğun şəkildə davranmaq, qanuna əməl etmək ideyasına. Qanuna uyğun şəkildə davranmaq odur ki, sənin hərəkətlərin qanunun cızdıqlarına tuş olur. 
Ərəblərdə hüququn “haqq” (“doğru”) kəlməsindən doğması da, ingilislərdə hüququn “right”, yəni “düz”, “doğru” mənasını verən sözdən olması da bununla bağlıdır. 
İnsan haqqı, yoxsa insan hüququ?
İndi isə baxaq, görək, nəyə görə “haqq” və “hüquq” sözlərini Anadolu türkcəsindəki kimi ayrı-ayrı anlamlarda işlətmək düz olar. Dildə belə şeylər olur. Məsələn, ruslarda “tyurok” və “turok” sözü var, ayrı deyilişdə olsalar da, eyni sözlərdir. Ancaq bu deyiliş fərqindən istifadə edib birini bütün türklərlə bağlı, o birini isə Anadolu türkləri ilə bağlı işlədirlər.
Oxşar olaraq biz də belə bir dil fəndinə əl ata bilərik. Nə üçün “İnsan haqqı” deyə bilərik? Çünki Allaha inanan demokratlar üçün bu haqlar elədir ki, onlar kimlərinsə istəyi, iradəsi ilə insana verilmiş sa-yılmamalıdır. Sayılmalıdır ki, onları insana Allah-təala əzəldən  verib, tarix boyu isə ağır siyasi rejimlər onları yozub. İnsan haqqının beləcə Tanrı ilə bağladılmasını o təbii edir ki, biz Allaha olduğu kimi, yüksək Doğrulara da haqq deyirik. Biz Allaha Haqq deyəndə onun ən yüksək Həqiqət, Gerçək, Doğru olmasını göz qabağına alırıq. “İnsan haqları” deyəndə isə inanclı demokrat bu haqların İlahi Doğrunun qaynağından doğmasını nəzərdə tutur.
Ateist demokratlara gələndə, onlar insana verilmiş haqqı Allahla bağlamasalar da, hesab edirlər ki, həmin haqlar İnsan ideyası ilə əzəldən bağlıdır, necə ki, dirilik də insan anlayışının ayrılmaz əlamətidir və biz şərti olaraq cəsədə “insan” deyirik. Deməli, belə sayılır ki, “İnsan” ideyasında insanı insan edən əlamətlər “yazılıb”. Bu əlamətlər “insan kimdir?” sualı qarşısında verilən həqiqətlər, doğrulardır. İnsan haqları həmin doğrular sırasında durur. Məsələn, “insan kimdir?” sualının cavabında deməlisən: “insan azadlığı olan canlıdır”, “insan ədalətə gərəyi olan canlıdır” və s.
İndi isə baxaq “hüquq” ideyasına. Hüquq konvensionaldır, yəni şərtidir. Parlamentdə, ya hər hansı başqa razılaşmalarda, tutalım, bu gün vergi haqqında bir qanun çıxarılır, sabah isə iqtisadi gəlişməyə həmin qanun əngəl olanda, başqası çıxarılır. İnsan haqlarını belə yozmaq, dəyiş-düyüşə uğratmaq, şərtləşib bu gün belə, ertəsi elə etmək olmaz. İnsan hüquqları isə zaman içində dəyişir, dövlətlər, cə-miyyətlər insana yeni hüquqlar verib, hansı öncəki hüququ isə alırlar və bu zaman diskussiyalar gedirsə, onun üstündə gedir ki, nə dərəcədə bu yeni hüquq gərəklidir?
“Haqq” və “hüquq”n yaxınlığı 
“Haqq” və “hüquq” kəlmələrini beləcə ayırandan sonra onların yaxınlaşma məqamlarını da bilməliyik. Sosialist toplumlarında İnsan haqlarının bəziləri hüquqlaşdırılmamışdı, yəni hüququn qanun dilində nə doğruldulmuşdu (təsdiq edilmişdi), nə də bildirilmişdi. Məsələn, söz, düşüncə, informasiya əldə etmək, yaymaq azadlıqlarını hüquq xeyli dar cızığa salmışdı. Eləcə də çağımızda elə ölkələr var ki, İnsan haqları hüquqlaşmayıb, yəni vətəndaşın hüquqları sisteminə keçməyib. 
İnsan haqlarının hüquqlaşdırılması demokratiyada da bitkin, dolğun deyil. Məsələn, Amerikada insanın bilmək haqqına çoxdan “düzdür” deyiblər, ancaq di gəl, uzun sürən kampaniyadan sonra 1967-ci ildə Konqres bu haqqı hüquqa çevirdi, yəni İnformasiya azadlığı haqqında Qanun çıxardı. 
Hazırda İnsan haqlarından biri kimi doğulmaq haqqından danışılır və bu haqqı hüquqa çevirmək üçün aborta qarşı kampaniya aparılır. Əgər bu kampaniyanın sonucunda abort yasaq edilsə, deməli, doğulmaq haqqı hüquqla doğrulanacaq.
Bu sadaladıqlarımdan aydın olur ki, dilimizdə insan haqqını qanunlar sistemindən danışan hüquqdan ayrı işlətsək düz olar!

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)