«Övladlarınızı düşünün»
Yol polisi valideynlərə müraciət etdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Əlahəzrət DYP
... Yaxud, yol hərəkəti qaydaları polisə aid deyil?
-
Sürücülərin nəzərinə!
Bakının mərkəzi küçələrində yol nişanları dəyişdirildi
-
“100” kod adlı əmr
Bakının polis rəisi iki qızı qatı cinayətkarlara davranır şəkildə niyə saxladı?
-
Sərxoşlar “Təmiz hava”nın qurbanı oldu
Yol polisi reyd keçirdi
-
“50 manat cərimə …”
Sürücülərə xəbərdarlıq
-
“Alternativ yollardan istifadə edin”
Bakıda bir həftə bağlı qalacaq yolların siyahısı
-
Riyad Əliyev saxlanıldı
Prezidentin qohumu olan iş adamına 30 sutka həbs verildi
-
DYP niyə bu günə düşüb?
Rüşvəti ver polisə birini də üstəlik
-
Əzrayıl Azərbaycan yollarında «avtoşluq» edir
5 ölü, 38 yaralı
-
Bakıda nömrəsiz maşınları kimlər sürür?
«Vətən qarşısında xidmətləri icazə vermir ki, qanunu pozsunlar»
-
11 mindən çoxu sərxoş olub
133 786 sürücü, 83 567 piyada cərimə olunub
-
«Yol polisi olmasa, ...»
Polkovnik taksi sürücülərindən şikayətçidir
-
Maşın ustaları yol polisi ilə əlbir imiş
Avtomobilinizi təmir etdirmək üçün arayış almasanız sizi cərimə gözləyir
-
Yol polisinin «qayğıkeşliyi»
«Elə edin ki, avtomobilinizi vuran adam sizi görməsin» fırıldağı, yaxud «gördüyündən göz kirəsi almaq»
-
Yollarda təhlükəsizlik tədbirləri gücləndirilib
DYP rəsmi məlumat yaydı
-
İldırım sürətli məhkəmə prosesi
Generalın çənə sındıran oğlu cəmi 2 ay «yatıb» azadlığa çıxır?
Dövlət Yol Polisi valideynləri uşaqlarla yolu keçərkən diqqətli olmağa çağırır.
Vaxt.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev «Trend»ə bildirib ki, yol polisi tərəfindən müəyyən işlərin aparılmasına baxmayaraq, valideynlər uşaqlarla birgə yolun hərəkət hissəsinə çıxırlar: «Məktəblərdə dərslərin başladığı, bitdiyi saatlarda orta məktəblərdən uşaqlarını götürən valideynlər onlarla birgə yolun hərəkət hissəsinə çıxırlar. Bu insanlar hətta öz mənfi hərəkətlərini ictimailəşdirəndə də çəkinmirlər».
K.Əliyev hesab edir ki, yol hərəkəti təhlükəsizliyi ilə bağlı orta məktəblərdə dərs saatlarının sayı artırılmalıdır: «Bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən Təhsil Nazirliyinə müraciətlər də olunub. Çünki azyaşlılara elə uşaq vaxtından bu təhlükəsizlik qaydalarını aşılamaq lazımdır ki, gələcəkdə bu cür təhlükələrdən həyatlarını sığortalamış olsunlar. Yuxarı siniflərdə də bu cür dərs saatlarının keçirilməsi məqsədəuyğundur. Çünki yeni nəsil bu qaydalara riayət etsə, yaşlılar da edər. Amma indi yaşlı nəsil də, orta nəslin nümayəndələri də, yeniyetmələr də, uşaqlar da bu qaydaları pozur. Hətta uşaqlar bəzən böyüklərdən fərqli olaraq yolun hərəkət hissəsinə çıxmırlar. Tək olanda piyada keçidlərindən istifadə edirlər. Valideynlər bu cür hərəkətlərə yol verməməlidirlər, onlar, ilk növbədə, öz övladlarının təhlükəsizliyini düşünməlidirlər».