vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
CƏMİYYƏT  
09:28 | 3 noyabr 2016 | Cümə axşamı Məqaləyə 1148 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Deputatların 90 faizində xidməti silah yoxdur

«Azərbaycanda bunun üçün bir zəmin görmürəm»

Qafar AĞAYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda deputatlar xidməti silah gəzdirmək hüququna malikdirlər. Milli Məclis üzvlərinə silahın verilməsi ilk olaraq 1997-ci il dekabrın 30-da qəbul edilən «Xidməti və mülki silah haqqında» Qanunla tənzimlənib. 2001-ci ilin oktyabrında isə «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» qanuna əlavələr edilib. Bəs deputatlarımız silahlardan hansı hallarda istifadə edə bilər?

Məsələ ilə bağlı keçmiş deputat, hüquqşünas, Əliməmməd Nuriyev Modern.az-a danışıb. Əliməmməd Nuriyev bildirib ki, silah haqqında qanuna görə deputatların silah gəzdirmək hüququ var.

«Mənim düşüncəmə görə, deputat yalnız o hallarda silah gəzdirmək üçün icazə almalıdır ki, hansısa real təhlükələr var. Azərbaycanda  bunun üçün bir zəmin görmürəm. Ən azından deputatın həyatına ciddi bir təhlükə yoxdur. Eyni zamanda Azərbaycanın hüquq mühafizə orqanları elə bir şərait yaradıblar ki, deputatın və digər şəxslərin həyatına təhlükə yaradacaq şəxslər yoxdur. Əlbəttə ki, ölkəmizdə də cinayətkarlar var. Cinayətkarlar hamıya münasibətdə eyni davranış göstərə bilərlər. Ancaq vətəndaşların mülkiyyəti və həyatını ehtimal olunan mümkün qəsdlərdən ehtiyatlı  surətdə hüquq-mühafizə orqanları tərəfindən qorunur. Ümumilikdə Azərbaycan cəmiyyətinin həyatı üçün təhlükə yoxdur».

Hüquqşünasın sözlərinə görə, deputatların silah gəzdirmə hüquqları xarici ölkələrin təcrübəsində də var.

«Mənim bildiyim qədəri ilə hal-hazırda deputatlarımızın 90 faizdən çoxu hər hansı silahla bağlı müraciət etməyib və silah gəzdirmir. Məşhur bir deyim var: «Divardan asılan tüfəng bir gün açıla bilər». Ona görə də ən yaxşısı silahdan istifadə etməməkdir. Deputatın silah alıb özünü bu üsullarla qoruması doğru deyil. Bu gün ölkəmizdə hər hansı bir şəxsin təhlükəsizliyi etibarlı şəkildə qorunur. Nəinki fərqli olaraq hərəkətlər etmək, hansısa bir vasitələrdən istifadə etmək.

Mən özüm də 5 il müddətində deputat olmuşam. Bu qanun mənim deputat olduğum dönəmdən qüvvədədir. Ancaq mən bunun üçün Daxili İşlər Nazirliyinə müraciət etmədim və bilirəm ki, həmkarlarımın əksəriyyəti də müraciət etmədi. Silahların verilməsi Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir».