Krizis iki gün sürdü
Ölkədə Aİ-95 benzininin çatışmazlığı aradan qaldırıldı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Müftə benzin verəndə yaxşı idi?
SOCAR-a qarşı çirkin kampaniya – Ukrayna hakimiyyəti niyə susur?
-
“Şahdəniz”in sirlər xəzinəsi...
BP və SOCAR qiymətləndirmə aparacaq
-
Azərbaycanın Rusiya ilə qaz mübadiləsi
Qış belə davam edərsə tələbatlar minimuma düşəcək
-
İkinci kəmər hazırdır
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
-
Azərbaycanda qaz hasilatı artıb
2022-ci ilin I yarısında ötən illə müqayisədə 15,1 çoxdur
-
Qazancın yarıdan çoxu İsveçrədən gəlib
Azərbaycanın ən böyük şirkətinin yarım illik mənfəəti ötən ilkinin üçdə ikisi qədərdir
-
SOCAR-ın daxili borclanması artır
Şirkətin təkcə 3 quruma borcu 1 milyarddan çoxdur
-
Azərbaycanın strateji tərəfdaş olan ilk Aİ üzvü
Bu ölkəyə İnvestisiya yatıran şirkətlər arasında SOCAR liderdir
-
“Artan tələbatı ödəmək imkanımız var”
Rövşən Nəcəf: “Biz daha çox rəqəmsal şirkət olmaq üçün çalışırıq”
-
“SOCAR Petroleum” cərimələndi
27 412 962 manat
-
İslahatlara ehtiyac var
Ekspert Rövnəq Abdullayevin SOCAR-da yaratdığı qohumbazlığa etiraz etdi
-
Rövnəq Abdullayev neftdən uzaqlaşdırıldı
Onun vəzifələrini SOCAR-a birinci vitse-prezidenti təyin edilən Rövşən Nəcəf icra edəcək
-
700 neftçi təxliyə edilib
SOCAR: “İşlər dayandırılıb və məhdudlaşdırılıb”
-
SOCAR Neft Fondunu necə “sökür”?
-
SOCAR zavod alır?
“Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır”
-
Rəsmi Tiflis işğalla barışmağa hazırdır
Rusiyaya da elə bu lazımdır
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) son iki gün ərzində müşahidə olunan «Premium-95» markalı benzin çatışmazlığı məsələsini həll edib. Bunu «Trend»ə SOCAR-dakı mənbə deyib.
Mənbənin sözlərinə görə, ölkədə «Premium-95» markalı benzin istehsal olunmadığı üçün onu xaricdən idxal etmək lazım gəlir. O, Azərbaycanda bu tip benzinə böyük tələbat olduğunu bildirərək, artıq ölkəyə yeni yanacaq partiyasının daxil olduğunu qeyd edib.
Aİ-95 benzininin istifadəsi 2018-ci ilədək davam edəcək. Həmin tarixdən etibarən isə Bakıda Avro-5 standartlı benzin istehsal olunacaq.
***
15:14
Artıq iki gündür sürücülər Bakı ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən (YDM) «Aİ-95 Premium» markalı yanacağın qıtlığı ilə üzləşib. APA xəbər verir ki, bəzi YDM-lər ümumiyyətlə adıçəkilən markalı benzinin satışını dayandırıb.
«İki gündür «Premium» markalı benzin tapa bilmirik. Məcburən avtomobilə «Aİ-92» markalı benzin doldurmuşuq. Bu isə maşına ciddi ziyan vurur», - deyə sürücülərdən biri bildirib.
Bunu nəzərə alaraq sayt ölkədə ən geniş YDM şəbəkəsinə malik olan şirkətlər arasında sorğu keçirib.
«LUKoil-Azərbaycan» QSC-dən bildirilib ki, şirkət «Premium» markalı yanacağı «SOCAR Petroleum» QSC-dən alır: «Bizə yanacaq limitlə satılır. Problemin səbəbi də budur. Böyük ehtimalla, problem 1-2 günə həllini tapar».
«Tosoil» şirkətindən də analojiverilib: «Ehtiyatımız tükənib. Bazadan («SOCAR Petroleum» QSC-nin bazasından - red.) 1-2 günlük satış dayanıb. Yəqin ki, bir neçə günə satışı bərpa edərik». «Azpetrol» MMC-dən məsələyə münasibət bildirən tapılmayıb.
«Günəş Petrol» firmasından da «Premium» markalı benzinin satışının dayandırıldığını etiraf ediblər. Bununla yanaşı, şirkət rəsmisi qeyd edib ki, problem sabahadək həllini tapmalıdır: «Biz də məhsulumuzun satılmasında maraqlıyıq».
Bununla yanaşı, şirkətlərin nümayəndələri yekdilliklə bildirirlər ki, məhsulun qıtlığı qiymət artımına səbəb olmayacaq.
Qeyd edək ki, YDM şəbəkəsinə malik olan şirkətlərin mütləq əksəriyyəti «Premium» markalı benzini «SOCAR Petroleum» QSC-dən alır. Şirkətin müştəriləri arasında «IST Petrol», «Tosoil», «LUKoil-Azərbaycan», «ABU Petrol», «Merd Petrol», «AZAL Oil», «Günəş IKF» MMC, «AS-Petrol» MMC, «Azərsun Holdinq» MMC, «Karasu Operating Company», «Silk Way Aviaşirkəti», «LUX-OİL» MMC, «Məişət Maye Qaz» QSC, «Balakhani Operating Company LTD» kimi şirkətlər var.
«SOCAR Petroleum» QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli isə bildirib ki, artıq problem aradan qaldırılmaq üzrədir: «Bildiyiniz kimi, bu yanacaq növü Azərbaycana xaricdən idxal olunur. Son günlər idxalda yaranan problemlə bağlı daxili bazarda bu yanacaq növünün çatışmazlığı yaranıb. Lakin artıq yanacağın idxalında yaranan problem aradan qaldırılıb və müştərilərimiz məhsulla təchiz olunmaqdadır. Bilirsiniz ki, «SOCAR Petroleum» böyük bir YDM şəbəkəsinə sahibdir. Lakin biz ilk növbədə müştərilərimizin tələbatını ödədik. İlk təchiz etdiyimiz şirkətlərdən biri də «LUKoil-Azərbaycan»dır. Son iki gün ərzində müştərilərimiz yanacağı əldə edir. Düzdür, müştərilərimizə yanacaq məhdud həcmdə satılır». Onun sözlərinə görə, defisitin yaranmasına tələbatın yüksək olmasıdır: «Məsələn, sonuncu dəfə «LUKoil-Azərbaycan»a 5 maşın yanacaq verilib. Olar bilər ki, tələbatın yüksək olması səbəbindən ehtiyat tükənib».