vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
CƏMİYYƏT  
12:48 | 5 noyabr 2016 | Şənbə Məqaləyə 1526 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İDEA-dan ideal addım

Bakıda növbəti ekoloji təşəbbüs gerçəkləşdi

Vaxt.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakının Nərimanov rayonunda məhv edilmiş yaşıllıqlar Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bərpa olunub.

İDEA İctimai Birliyindən verilən məlumata görə, noyabrın 3-də İDEA İctimai Birliyinin Təbiətə Təcili Yardım – 1113 «Qaynar xətt»inə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 25 ünvanında qanunsuz ağac kəsilməsi ilə bağlı sakinlər tərəfindən şikayət daxil olub. Dərhal hadisə yerinə yollanan IDEA-nın mütəxəssisləri aidiyyəti dövlət qurumları ilə birlikdə ərazidə 2 ədəd ağacın qeyri-qanuni kəsildiyini müəyyən ediblər.

İDEA İctimai Birliyinin təsisçisinin təşəbbüsü ilə yaşıllıqların bərpası məqsədilə həmin ərazi nəzarətə götürülmüş və qeyd olunan ünvanda 9 ədəd sərv və şam ağacı əkilib.

Ağacəkmə aksiyasında İDEA İctimai Biriliyi, Nərimanov Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin birgə layihəsi olan «Ağacların kəsilməsinə yox» proqramı çərçivəsində son bir ildə Bakı şəhərində qanunsuz ağac kəsilməsi ilə bağlı vətəndaşlardan daxil olan 235 şikayətə baxılıb və onların müsbət həlli istiqamətində işlər görülüb. Proqramın icrası nəticəsində paytaxtımızda yaşıllıqların məhv edilməsi hallarının əhəmiyyətli dərəcədə azalması müşahidə olunub. Qabaqlayıcı tədbirlərlə yanaşı, İDEA İctimai Birliyi təsis edildiyi dövrdən etibarən həyata keçirdiyi genişmiqyaslı ağacəkmə aksiyaları çərçivəsində ölkə ərazisində 5 milyondan çox ağac əkilib.

İDEA-nın yaşıllaşdırma layihələrinin məqsədi ekoloji tarazlığın bərpası, təbiətə töhfə vermək, insanların diqqətinin yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməkdir.

İDEA İctimai Birliyi bütün vətəndaşları yaşıllıqların qorunmasına töhfə verməyə və üzləşdikləri qeyri-qanuni ağac kəsilməsi halları ilə bağlı yaradılan «Qaynar xətt»ə (bütün mobil operatorlar və şəhər telefonlarından 1113) məlumat verməyə çağırır.