Tütünlə mübarizə sərtləşdirilir
«Qəm tüstüsü»ndən qurtulmağın yolları...
Ülviyyə XUDİYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
“Əksər enerji içkiləri əsl deyil”
Satılan markalarının çoxu “Energy Drink” kateqoriyasına girmir
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
Hazırda tütünlə mübarizə üzrə qanunvericiliyin sərtləşdirilməsi müzakirə olunur. Yaxın günlərdə tütün və tütün məmulatlarının reklamının tam qadağan ediləcəyi gözlənilir. Hətta Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında «Tütün və tütün məmulatı haqqında» qanuna ediləcək dəyişikliklərin müzakirəsi zamanı orta və ali məktəblərdə siqaret çəkənlərin sayının ildən-ilə artması nəzərə alınaraq tələbələrin də cərimələnməsi təklifi irəli sürülüb. Hələlik bu təklifin qanunda əksini tapıb-tapmayacağı bəlli deyil. Amma növbəti addım ictimai yerlərdə siqaret çəkənlərin cərimələnməsi, vergilərin və siqaretin qiymətinin artırılması olacaq.
Elə «Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya»da da tütünlə mübarizəyə xüsusi diqqət ayrılıb. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Strategiyaya uyğun olaraq tütündən imtina etmək istəyənlərə yardım etmək üçün tibbi məsləhət kabinetinin və qaynar xəttin yaradılması qərara alınıb. Artıq noyabrın 1-dən fəaliyyətə başlamış kabinetə 50-dən çox müraciət daxil olub.
Virtualaz.org saytının əməkdaşları siqaret çəkənlərlə bağlı aparılan tədqiqatların nəticəsi və tütündən imtina edənlər üçün yaradılmış tibbi kabinetin fəaliyyəti ilə tanış olublar.
Şagirdlərin təxminən 10 faizi siqaretin dadına baxıb
Qeyd etdiyimiz kimi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisləri yeniyetmələr arasında tütündən istifadə ilə bağlı tədqiqat aparmaq məqsədilə orta məktəblərdə yuxarı sinif şagirdləri arasında sorğu keçirib. Bəlli olub ki, şagirdlərin 10 faizi siqaretin dadına baxıb. «Belə sorğular hər 4 ildən bir keçirilir. Bu il aparılan sorğuda Bakı və müxtəlif regionlardan seçilmiş 25 məktəbdən 2 mindən çox 13-15 yaşlı şagird iştirak etdi. Tədqiqat prosesində tütündən istifadə ilə bağlı müxtəlif məlumatlar toplanıldı. Suallar siqaretçəkmə, tütünlə bağlı bilik və yanaşma, tütündən imtina, ətrafdakıların siqaret çəkməsi haqqında oldu. Məlum oldu ki, şagirdlərin təxminən10 faizi nə vaxtsa siqaret çəkib», - mərkəzin əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev deyir.
Onun sözlərinə görə, 4 il əvvəl aparılan sorğuda da orta məktəb şagirdlərinin təxminən eyni faizinin siqaret çəkdiyi bəlli olmuşdu. Buna görə də, nəticələr narahatçılıq doğurub. «Statistik rəqəmlər göstərir ki, 15 yaşdan yuxarı kişilərin təxminən 36 faizi davamliı siqaret çəkənlərdir. Təəssüf ki, siqaret çəkənlər ətrafdakıları da tüstünün təsirinə məruz qoyurlar. Kişilər əsasən çayxanalarda, restaranlarda, ictimai yerlərdə, qadınlar isə evdə siqaretin tüstüsünü udurlar».
Hər 1000 qadından biri
Siqaret çəkən qadınların rəsmi göstəricisi çox aşağıdır, cəmi 0,1 faiz. Amma şöbə müdiri hesab edir ki, real rəqəm çox ola bilər. Çünki qadınlar adətən siqaret çəkdiklərini söyləmək istəmirlər.
«Tütün və tütün məmulatı haqqında» qanuna ediləcək dəyişikliklərin müzakirəsi zamanı deputatlar da qadınlar arasında siqaret çəkənlərin sayının artmasından narahat olduqlarını bildirmişdilər.
Siqaret - dəb, yoxsa özünütəsdiq...
Keçirilən sorğunun nəticələri göstərir ki, çoxları siqaret çəkməyi cəlbedici hərəkət hesab edir. Bunu isə kabinetin həkimi Şəhla Mirzəzadə deyir.
Sorğunun nəticələrinə gəldikdə isə, oğlanların 10,3 faizi nə vaxtsa siqaret çəkib, 32,6 faiz 10 yaşına qədər 1 dəfə də olsa siqaretin dadına baxıb. 28,8 faiz evdə, 40.8 faizi qapalı yerlərdə tütünün təsirinə məruz qalıb. 19 faiz düşünür ki, siqaret çəkənin daha çox dostu olur. 29,2 faiz siqaret çəkməyi cəlbedici hərəkət sayır, 32,5 faiz siqaret vitrinlərinin gəncləri siqaret çəkməyə həvəsləndirdiyini hesab edir.
Siqareti atmaq istəyənlər üçün
Kabinetin yaradılmasında məqsəd siqaretdən qurtulmaq istəyənlərə yardım göstərməkdir. Hələlik pilot layihə kimi nəzərdə tutulan kabinet 2 ay işləyəcək. Bundan sonra nəticələr təhlil ediləcək və yardımın effektli olub-olmadığı təhlil ediləcək. Kabinetin fəaliyyətinin genişləndirilməsi, tibb müəssisələrində yeni kabinetlərin yaradılıb-yaradılmayacağı da nəticələrdən asılı olacaq.
Ş.Mirzəzadə deyir ki, noyabrın ilk günlərindən 50-dən çox müraciətlər daxil olub. Daha çox yaşlı nəsil müraciət edir. Məsələn, 30-45 il siqaret çəkənlər bu vərdişdən yaxa qurtarmağa çalışırlar.
Kabinetdə siqaret əleyhinə təbliğat vasitələri vurulub, monitorda siqaret çəkənlərin orqanizmində baş verən dəyişikliklər, siqaretin tərkibinə qatılan kimyəvi maddələr göstərilir. Bundan əlavə, xüsusi vasitələr də quraşdırılıb, məsələn, kalkulyatorlar siqaretin cibə və ağciyərə vurduğu zərəri anındaca hesablayaraq deyir.
Müraciət edənlərlə əvvəlcə psixoloji iş aparılır. «Məsələn, müraciət edənlərdən birinin 65 yaşı vardı. 40 ildir siqaret çəkib və bu vaxta kimi siqaretə 58 min manat xərcləyib. Bu illər ərzində isə ağciyərlərindən 277 qram qatran toplanıb. Biz ona bu məlumatları söyləyəndə siqaretdən imtina etmək qərarına gəldi», - həkim əlavə edir.
Müraciət edənlərə siqaretin tərkibinə qatılan kimyəvi maddələr haqqında da məlumatlar verilir. Məsələn, çoxları siqaretin tərkibində öküz sidiyi olduğunu bilmir. Belə məlumatlar da insanları siqaretdən çəkindirməkdə köməkçi rol oynayır.
Müraciət edənlərin hər biri testlərdən keçirilir. Bu testlər vasitəsi ilə həmin şəxslərdə motivasiya dərəcəsinin nə qədər olduğu müəyyənləşdirilir. Həmçinin onların nikotindən asılılıq dərəcəsi də xüsusi testlərlə öyrənilir. Sonra həkim müayinəsi aparılır, ürək, ağciyər və təzyiq yoxlanıır. Sonunda qərar verilir - siqareti birdən ata bilər, yoxsa bu vərdişdən imtina etmək üçün mərhələli üsul seçilməlidir.
İlk 3 gün...
Gələnlər arasında epilepsiya, şəkərli-diabet və ya digər xəstəliklərdən əziyyət çəkənlər var. Buna görə də, hər bir pasientə fərdi yanaşılır. «Siqaretdən imtina edənlər üçün ilk 3 gün önəmlidir. Onlarda əsəbilik, yorğunluq, aqressiya, baş ağrıları olur. Buna görə də xanımları və ya digər ailə üzvlərini də kabinetə dəvət edirik, onlarla necə davranmaq lazım olduğunu söyləyirik. 72 saat ərzində niklotin bədəndən təmizlənməyə başlayır», - Ş.Mirzazadə deyir.
Kabinetdə dərman müalicəsi yazılmır. Həkim söyləyir ki, siqaretdən imtina etmək üçün ilk növbədə dərman deyil, iradə və istək lazımdır. Digər ölkələrin təcrübəsi də göstərir ki, siqareti tərgitmək üçün təbliğat və psixoloji iş dərman müalicəsindən daha təsirlidir.
Nar - siqareti tərgitmək üçün
Həkim siqaretdən yaxa qurtarmaq istəyənlərə nar yeməyi tövsiyə edir. «Son araşdırmalar göstərir ki, nar yiyəndən sonra siqaret çəkəndə pis dad verir. Yəni nar siqaretin dadını asanlıqla dəyişir. Bundan əlavə, nar barmaq alışqanlığı üçün faydalıdır. Buna görə də müraciət edənlərə idman, açıq havada gəzinti və sağlam qidalanma ilə bağlı məsləhətlər veririk. Siqaret çəkənlər barmaq alışqanlığından qurtulmalıdırlar», - həkim söyləyir.
Hər 6 saniyədə 1 nəfər
Sonda Ümumdünya Səhiyyə Təşkilatının statistikasını təqdim etmək istəyirik. Məlumata görə, dünya əhalisinin 30 faizi siqaret çəkir, hər 6 saniyədə bir insan siqaretdən dünyasını dəyişir. Yəni hər il dünyada 6 milyon insan tütün tüstüsünün yaratdığı xəstəliklərdən dünyasını dəyişir. Bunun 10 faizi passiv tütün çəkmənin təsirindən ölənlərdir. Siqaret 70-90 faiz hallarda ağır xəstəliklərə gətirib çıxarır. Xüsusilə ağciyər, tənəffüs yolları, mədə, dil-dodaq xərçənginin yaranmasında siqaret səbəblərdən biridir. Azərbaycanda bu sahəsində tədqiqatlar çox azdır. Amma onkoloji xəstəliklərin artan statistikası ölkəmizdə vəziyyətin heç də yaxşı olmadığını deməyə əsas verir.
Siqaret nə «dərd yoldaşı», nə də «qəm tüstüsüdür». Bu, sadəcə iradəsi zəif, ondan qurtulmağı bacarmayanların bəhanəsidir.