vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
07:14 | 23 noyabr 2016 | Çərşənbə Məqaləyə 2443 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ölümü haqda şayiələri özü yayır»

«Siyasi elita Gülnarə Kərimovanı şıltaq, nəzarətdə olmayan, impulsiv hesab edir»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Gülnarə Kərimovanın ölümü haqda xəbər yalandır. Onun müəllifi kimdir - demək çətindir. Amma mən burada, Özbəkistanın sabiq prezidentinin qızının indiki statusunu təkrar gözdən keçirməyə və ya yüngülləşdirməyə çalışmasını nəzərə alaraq, təcrübədə geniş yayılmış siyasi texnologiya elementindən istifadə edildiyini və bunda Gülnarə Kərimovanın özünün də maraqlı olduğunu istisna etməzdim».

Bunu virtualaz.org-un müxbiri Əkbər Həsənova verdiyi açıqlamada məşhur özbək politoloqu Kamoliddin Rabbimov deyib.

Onun fikrincə, Gülnarə Kərimovanın ailəsinin üzvləri, həmçinin yeni hakimiyyət və Özbəkistanın bütün siyasi elitası onu tamamilə şıltaq, nəzarətdə olmayan, impulsiv hesab edir. Və vəziyyəti təhlil edərək, əmin olmaq olar ki, hakimiyyət dəhlizlərində, səs-küylü bəyanatları ilə ölkədəki siyasi proseslərə təsir etmək imkanı olmasın deyə, onu bundan sonra da «ev dustaqlığında» saxlamaqla bağlı razılıq var.

«Gülnarə Kərimovanın taleyini ailə konsiliumu-ana Tatyana Kərimova və bacısı həll edir. Ölkə hakimiyyəti İslam Kərimovun ailəsinin üzvlərinə indiyə qədər hörmət və ehtiyatlılıqla yanaşıb. Bir sözlə, yeni özbək hakimiyyəti Gülnarə Kərimovaya necəsə ziyan vurmaqda maraqlı deyil. Axı, qarşıda – seçkilər, yeni hakimiyyətin legitimliyi məsələsi var. Bu şəraitdə onlar üçün öz yollarını keçmiş prezidentin ailə üzvünün aradan götürülməsindən başlamaq əsl dəhşət olardı. Gülnarə ilə bağlı yeni hakimiyyətin bir arzusu varsa, o da artıq səs-küydən və ziyandan qaçmaqdır», - deyə ekspert vurğulayıb.

Ekspert bildirib ki, Kərimovlar ailəsi özü də aralarından kiminsə məhvinə imkan verməz. Çünki bu addım keçmiş prezidentin ailəsinin bütün qalan üzvlərinin, eləcə də yeni özbək hakimiyyətinin təhlükəsizliyi üçün fəlakət olardı.

«Gülnarənin əsas «təhlükəsizlik balışı» onun oğlu-kiçik İslam Kərimovdur, hansı ki, əlindəki böyük maliyyə kapitalı ilə Londonda oturur. Əgər onun anasına nəsə olsa, bunu birinci o özü bütün aləmə yayacaq ki, bu da yeni özbək hakimiyyətinin reputasiyasına düzəlməz zərər vuracaq»-politoloq xatırladıb.

Bütün bunlara əsaslanaraq, Kamoliddin Rabbimov güman edir ki, bu şayiələr Cinayət Məcəlləsinin çoxsaylı maddələri üzrə ittiham edilən Gülnarə Kərimovanın hüquqi statusuna yenidən baxılması üçün ortaya atılır: «Gülnarə Kərimovanın tərəfdarlarının bu siyasi texnologiyanı onun azad edilməsi və İslam Kərimovun ölümündən sonra hökumətdə səlahiyyətlərin bölünməsində iştirakını təmin etmək üçün başlatdıqlarını tamamilə mümkün hesab edirəm. Həmçinin, onun hədəfi özünə aid olan aktivləri - hansılar ki, atasının göstərişi ilə 2013-2014 illərdə əlindən alınıb, - qaytarmaqdır».