vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
15:35 | 29 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1000 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fars-molla rejimi ölkəni informasiya blokadasına salır

Qulamhüseyn Möhsüni: «Xarici mediaya müsahibə verənlər məsuliyyətə cəlb ediləcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni Ejei noyabrın 27-də jurnalistlərə açıqlamasında ölkə vətəndaşlarının xarici media və telekanallara müsahibə verməsinə qadağa qoyulmasından danışıb.

İran parlamentinin bəzi deputatlarının Londondan peyk vasitəsilə ölkəyə verilişlər yayan «Manoto» telekanalına ölkənin siyasi durumu ilə bağlı verdiyi müsahibələrinə toxunan Möhsüni Ejei deyib ki, «əksinqilabçı» telekanallara müsahibə verənlər, bu əməllərinə görə cavabdeh olacaqlar: «Ölkənin Ali Milli Təhlükəsizlik Şurası bir neçə il əvvəl düşmən ölkələrə məxsus, əksinqilabçılar tərəfindən idarə olunan telekanallara müsahibə verilməsinin qadağan olması ilə bağlı qərar qəbul edib. Məhz bunu nəzərə alaraq bildiririk ki, bundan sonra Ali Milli Təhlükəsizlik Şurasının bu qərarına riayət etməyənlər və əksinqilabçıların media və telekanallarına müsahibə verənlər məsuliyyətə cəlb ediləcək».

Qeyd edək ki, İran parlamentinin bir sıra deputatlarından başqa, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi, Haşimi Rəfsəncaninin qızı, Faizə Haşimi də son vaxtlar ölkənin bəzi siyasi problemləri ilə bağlı xarici telekanallara müsahibə veriblər.