vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
22:16 | 8 dekabr 2016 | Cümə axşamı Məqaləyə 1335 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vəziyyət ildən ilə ağırlaşır

Abşeronda göl daşdı, evləri su basdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Abşeron rayonunda Daşagil gölünün daşması nəticəsində bir neçə evi su basıb. Rayonun 28 may qəsəbəsində yaşayan sakinlər evlərinə daxil ola bilmirlər. Aidiyyəti qurumlar isə problemin aradan qaldırılacağını bildirirlər.

Göl daşıb, 30-a yaxın evi və həyətləri su basıb.

Sakinlər isə mənzilə pəncərədən nərdivanla daxil olmaq məcburiyyətində qalıblar. Söhbət Abşeron rayonu 28 may qəsəbəsi yeni yaşayış massivindən gedir.

Sakinlər həyətə dolan suyu su nasosları vasitəsilə boşlatmağa çalışır. Bəziləri isə mənzilə daxil ola bilmədiyi üçün yaxınlarının evində yaşamaq məcburiyyətində qalıblar. Yoldan keçmək mümkün olmadığından uşaqlar məktəbə getməkdə çətinlik çəkirlər.

Ərazidə yaşayanlar deyir ki, burada ev tikən zaman suyun səviyyəsi və sahəsi az olub. Ancaq sonrada gölün ətrafında müəssisə və evlər tikildiyindən kanalizasiya suları da bu gölə axıdılır ki, nəticədə də ərazini su basır. Bu vəziyyət ildən ilə daha da ağırlaşır.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən bildirildi ki, problemin qarşısını almaq üçün ərazidə «Azərsu» Açıq Səhimdar Cəmiyyəti (ASC) tərəfindən işlər görülür. ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının verdiyi məlumata görə, Daşagil gölündə suyun səviyyəsinin azaldılması məqsədilə qurum tərəfindən layihə hazırlanıb. Layihəyə görə göldən su nasoslar vasitəsilə Sumqayıt çayına vurulacaq. Bununla da göldə suyun səviyyəsi enəcək və problem aradan qaldırılacaq. Bu işlərin gələn ilin əvvəlində başa çatdırılması nəzərdə tutulur.