vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
08:44 | 13 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1943 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İranda türklərin yaşamadığı şəhər yoxdur»

Deputat Rza Kərimi: «Türk dili dərsliyi ilə bağlı Ruhaniyə məktub ünvanlamışıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

İran parlamentinin Ərdəbildən seçilən deputatı Rza Kərimi dekabrın 10-da jurnalistlərə açıqlamasında Türkdilli Bölgələr Fraksiyasının yaranmasının səbəblərindən və ona qarşı çıxanlardan danışıb.

Rza Kərimi bildirib ki, bu fraksiya türklərin toplu şəkildə yaşadığı bölgələrin problemlərinin həlli və həmin məntəqələrdə əhalinin istəklərini təmin etmək məqsədilə yaradılıb: «Bu fraksiyanın yaranması və onun fəaliyyəti ölkə qanunlarına zidd addım deyil. İranda elə bir şəhər tapmaq olmaz ki, onda türk olmasın. Elə buna görə də bəzilərinin bir sıra su-istifadələrinin qarşısını almaq üçün bu fraksiyanın yaranması vacib idi. Bu fraksiyaya qarşı çıxanlar səhv yoldadırlar. Çünki əhalinin tələblərinə ölkə daxilində cavab verə biləcəyimiz bir halda, bu tələblər niyə xaricdən təmin edilməlidir.

Türkdilli Bölgələr Fraksiyasının yaranması məsələsi müxtəlif dövrlərdə ortaya atılmışdı. Lakin bəziləri ona Şimal-Qərb Fraksiyası, bəziləri isə Türkdillilər və ya Azəridillilər Fraksiyası adının verilməsini təklif etmişdilər. Sonunda isə ona Türkdilli Bölgələr Fraksiyası adı verildi və bu ad hamı tərəfindən qəbul edildi. Biz, türk dili dərsliyinin çap olunub tədris edilməsi üçün ölkə prezidentinə məktub da yazmışıq. Lakin bu iş, bir sıra qanuni mərhələləri keçəndən və rəsmi qurumların bu barədə nəzərini bildirməsindən sonra mümkün olacaq».

Xatırladaq ki, oktyabrın 30-da İranda 100-dən çox türk deputatının iştirakı ilə yaranmış Türkdilli Deputatlar Fraksiyasının (Türkdilli Bölgələr Fraksiyası) ilk iclası keçirilib.

Türklərin toplu şəkildə yaşadığı əyalət və bölgələrdən parlamentə yol tapan deputatların ilk iclasında təbrizli deputat, İran parlamenti sədrinin canişini Məsud Pezeşkiyan Türkdilli Deputatlar Fraksiyasının sədri vəzifəsinə, urmiyalı deputat Nadir Qazipur ilə ərdəbilli deputat Rza Kərimi isə onun canişinləri vəzifəsinə seçilib. İclasda həmçinin Mərənd və Culfa şəhərlərindən seçilən deputat Məhəmməd Həsən Nəjad və təbrizli deputat Şəhabəddin Bimiqdar katib, təbrizli deputat Zəhra Sai isə fraksiyanın sözçüsü vəzifəsinə təyin edilib.

Fraksiyanın fəaliyyətə başlaması və onun funksiyası barədə jurnalistlərə açıqlama verən sözçü Zəhra Sai deyib ki, İran parlamentinin 25 deputatı artıq Türkdilli Deputatlar Fraksiyasının mərkəzi şurasının üzvüdür: «Türklərin yaşadığı bölgələrin probleminin həlli istiqamətində strateji idarəçiliyin təmin edilməsi, həmin bölgələrin potensialından maksimum dərəcədə istifadə olunması, ölkədə müvazinətli inkişafı təmin etmək, eləcə də milli birliyin gücləndirilməsi və inkişafı, fraksiyanın əsas hədəflərindən sayılır».