vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BANK, BİRJA, SIĞORTA  
14:29 | 13 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2208 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Qara bazar»ı bank rəhbərləri yaradır»

«Düşünürlər ki, buradan yüksək gəlir götürə biləcəklər»

Ayyət ƏHMƏD

MÖVZU İLƏ ƏLAQƏLİ

Bank sahibləri düşünür ki, dolları «qara bazar»da daha yüksək qiymətə sata bilər.Bunu Sherg.az-a Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun dolların ««qara bazar»dakı məzənnəsi ilə rəsmi məzənnəsi arasındakı fərq çox cüzidir" fikrinə münasibət bildirərkən, iqtisadçı-ekspert Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, «qara bazar»ın aktivləşməsi ilə bağlı bir sıra obyektiv və subyektiv səbəblər sadalamaq olar:

«İlk olaraq, qeyd etmək lazımdır ki, AMB kommersiya banklarına kifayət qədər dollar satmır. Bunun səbəbi isə onun müəyyən etdiyi məzənnə ilə bazar məzənnəsinin üst-üstə düşməməsidir. Əslində, dolların məzənnəsi yüksəkdir və MB valyuta ehtiyatlarının azalmasını istəmir. Çünki devalvasiyanın qaçılmaz olduğunu bilir. 2017-ci ilə qədər manatın ucuzlaşmasının davam edəcəyi də realdır. Banklar tərəfindən dolların satışı rəsmi məzənnədən dörd faizlik fərqlə satılır. Dolların az satılması vətəndaşların məhdudiyyətsiz dollar almasına şərait yaradan «qara bazar»ın meydana çıxmasına səbəb olur».

Bank rəhbərlərinin bu vəziyyətdən istifadə etdiklərini söyləyən Ə.Həsənov bu yolla qanunsuzluğa şərait yaradıldığını bildirib:

«Bankları idarə edənlər düşünür ki, dolları AMB-ın məzənnəsindən dörd faiz baha satmaqla daha az qazanc əldə edəcəklər. Əksinə, «Qara bazar»da satmaqla isə yüksək gəlir götürə biləcəklər. Buna əsas səbəb bankirlərin əksəriyyətinin savadsız olması ilə bağlıdır. İndiyə qədər AMB yüksək güzəştlər həyata keçirməklə, banklara sərbəstlik verib və tam nəzarəti təmin edə bilməyib. Bu vəziyyətin aradan qaldırılması istiqamətində hüquq-mühafizə orqanlarının da üzərinə böyük məsuliyyət düşür. Baş bankirin bu açıqlaması da problemlə bağlı ciddi tədbirlərin görülməsinə işarədir. Növbəti ildə «qara bazar»a tamamilə ləğv olunacağına ümid edirəm».

Qeyd edək ki, AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov «qara bazar» və rəsmi məzənnə arasındakı fərqin cüzi miqdara endiyini deyib.