vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ENERGETİKA  
16:54 | 22 dekabr 2016 | Cümə axşamı Məqaləyə 1063 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AİİB-dən 600 milyon dollar

Daha bir beynəlxalq bank TAP və TANAP layihəsinə kredit ayırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

22.12.16 - Daha bir beynəlxalq bank TAP və TANAP layihəsinə kredit ayırdı...

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 mln. ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.

APA agentliyinin məlumatına görə, AİİB-in vitse-prezidenti Dj Pandian deyib ki, Asiya ilə Avropa arasında enerji infrasturkturunun yenilənməsinə xidmət edən TANAP layihəsi Azərbaycan iqtisadiyyatını gücləndirməklə yanaşı, Avropanın, o cümlədən Türkiyənin enerji təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, kredit Azərbaycan hökumətinin zəmanəti ilə «Cənub Qaz Dəhlizi» QSC-yə ayrılıb. Bununla AİİB-in cari ildə ayırdığı kreditin ümumi məbləği 1,73 milyard dollara çatıb.

Xatırladaq ki, dekabrın 21-də Dünya Bankı TANAP layihəsinə 800 milyon (400 milyon «Cənub Qaz Dəhlizi» QSC-yə, 400 milyon isə «Botaş» şirkətinə) dollar kredit ayırdığını bildirib. Bununla da, Azərbaycanın təşəbbüsü ilə tikintisi davam etdirilən layihələrə, iki gün ərzində ayrılan kreditlərin həcmi 1.4 milyard dollar təşkil edib.