2016-cı ilin yadda qalan iqtisadi yekunları
Bu ilin aciz siyasəti, riskli qərarı, iri maliyyə fırıldağı, böyük yalanı, səmimi etirafı, əziz qonağı ...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Müftə benzin verəndə yaxşı idi?
SOCAR-a qarşı çirkin kampaniya – Ukrayna hakimiyyəti niyə susur?
-
Növbəti 5 ildə necə olacaq?
Neft gəlirlərimiz haqda düşüncələr ...
-
AMB uçot dərəcəsini endirib
Dəyişiklik kredit faizlərinə təsir edəcəkmi?
-
“Şahdəniz”in sirlər xəzinəsi...
BP və SOCAR qiymətləndirmə aparacaq
-
Azərbaycanın Rusiya ilə qaz mübadiləsi
Qış belə davam edərsə tələbatlar minimuma düşəcək
-
“Neftsizliyə” immunitet ...
Xərclərə ciddi və şəffaf nəzarət hər şeydən önəmlidir
-
“Xahiş edirik ...”
Mərkəzi Bankdan xəbərdarlıq
-
İkinci kəmər hazırdır
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
-
Azərbaycanda qaz hasilatı artıb
2022-ci ilin I yarısında ötən illə müqayisədə 15,1 çoxdur
-
Qazancın yarıdan çoxu İsveçrədən gəlib
Azərbaycanın ən böyük şirkətinin yarım illik mənfəəti ötən ilkinin üçdə ikisi qədərdir
-
SOCAR-ın daxili borclanması artır
Şirkətin təkcə 3 quruma borcu 1 milyarddan çoxdur
-
Azərbaycanın strateji tərəfdaş olan ilk Aİ üzvü
Bu ölkəyə İnvestisiya yatıran şirkətlər arasında SOCAR liderdir
-
“Artan tələbatı ödəmək imkanımız var”
Rövşən Nəcəf: “Biz daha çox rəqəmsal şirkət olmaq üçün çalışırıq”
-
“SOCAR Petroleum” cərimələndi
27 412 962 manat
-
Kredit faizləri niyə yüksəkdir?
Mərkəzi Bank sistemli tədbirlərinə ehtiyac var
-
Mərkəzi Bankın qanunsuz kreditləri
Elman Rüstəmov məsuliyyətə cəlb ediləcəkmi?
Yola saldığımız 2016-ci ilin ən böyük özəlliyi son illər önə çıxmış və sürətlə baş verən müxtəlif iqtisadi hadisə və prosesləri daha da aktuallaşdırmasıdır. İl ərzində iqtisadi məsələlər həm prezidentin, həm hökumətin, həm də vətəndaşın gündəliyində əsas məsələ olsa da təəssüf ki, bu sahədəki başlıca problemlər həll olunmadan növbəti ilə ötürüldü. İqtisadi proseslərlə zəngin olan cari il həm də rəsmi prizmadan ziddiyyətli və gecikən yanaşmalarla da yadda qalan il oldu. 2016-dan başlıca iqtisadi gözləntilər pozitiv müstəvidə özünü doğrultmadı. İl nəinki dönüş, heç keçid ili belə ola bilmədi. Səmərəsiz və uzun müzakirələr, eləcə də bu ilin yaratdığı imkanların vaxtında dəyərləndirməməsi böhrandan çıxış şansının itirilməsini şərtləndirdi. İl ərzində iqtisadi böhran həm üfüqi və həm də şaquli istiqamətdə dərinləşdi. İlin sonunda böhrana məruz qalan sektorların siyahısına milli iqtisadiyyatın əsas və real bölməsi olan sənaye də qoşuldu, kənd təsərrüfatında artım tempi aşağı düşdü. Bu il son 5 ildə qeyri-neft ixracatının potensialından ən az istifadə olunan, son 10 ildə ən kiçik dövlət büdcəsi formalaşdırılan il kimi tarixdə qaldı.
2016-cı il xüsusilə istehlakçılar üçün gərgin oldu. İl ərzində müşahidə olunan davamlı devalvasiyaya görə, onsuz da çox olmayan gəlirləri dəyərsizləşən büdcə sferasında çalışan orta və aşağı ranqlı məmurlar, müəllimlər, həkimlər, mədəniyyət, idman, KİV işçiləri, cüzi gəlirlərə malik olan pensiyaçılar ikirəqəmli inflyasiyanın yaratdığı əlavə xərclərin əsirinə çevrildilər, onların qazancları ehtiyaclarını minimum səviyyədə ödəməyə güclə çatdı. 50 mindən çox iş yerlərinin ixtisarı nəticəsində yaranan tsiklik və struktur işsizliyi və istehlak xərclərinin çoxalması səbəbindən genişlənən borclanma 2016-ci il böhranının ən böyük sosial fəsadları sayıla bilər. Xüsusilə də iş yerini itirənlər yüksək inflyasiyanın yaratdığı əlavə xərclərin altında əzilərək qara günlər yaşadılar.
İlin ən böyük itkisi islahatların imitasiyası səbəbindən baş verdi və nəticədə 2016-ci il nəinki islahatlar, heç islahatlara start ili kimi də yadda qalmadı. Sistemsiz və ziddiyyətli idarəetmə qərarları, fərman və sərəncamlar yalnız islahat görüntüsü yaratmağa xidmət etdi.
İlin sonunda Tarif Şurasının elektrik enerjisinin və təbii qazın tariflərinin differensiallaşdırılması ilə bağlı əsaslandırılmayan, bazar tələblərini, alıcılıq qabiliyyətini və sosial vəziyyəti nəzərə almadan verilən qərarı ilin ən uğursuz qərarı oldu.
Yola saldığımız ilin ən riskli qərarı Dövlət Neft Fondunun Beynəlxalq Bankda yerləşdirdiyi 1 milyard dollar depozitlə bağlı oldu.
2016-cı ilin ən səmərəsiz iqtisadi siyasəti manatın məzənnəsinin inzibati tənzimlənməsinin davam edirilməsi sayıla bilər.
İlin ən mənasız iqtisadi siyasəti aqrar sahədə, xüsusilə də pambıqçılıqla bağlı oldu. İlin fiaskosu da bu sahədə qeydə alındı.
İlin ən çox əzilən təbəqəsi sahibkarlar oldu. Onlar yalnız böhranın deyil, həm də haqsız müdaxilənin və əsassız cərimələrin məngənəsində sıxıldılar.
Bu il ərzində dövlətin ən aciz siyasəti kapitala nəzarətlə bağlı oldu. Ölkədən çıxan kapitalın qarşısını almağa yönələn məhdudlaşdırıcı tədbirlərə baxmayaraq Azərbaycandan xaricə külli miqdarda kapital çıxarıldı.
İlin əziz qonağı ərəblər oldu. Onların sayəsində xidmət sektoru mövsümi olsa da canlandı və əsil turist gördü.
İlin ən səmimi etirafları yeni iqtisadi modelin axtarışı, savadlı iqtisadçıların sayının azlığıdır.
İlin ən böyük iqtisadi yalanı keçmiş rabitə nazirinin aylıq xərclərinin 200-300 min manat təşkil etməsi oldu.
Nəinki bu ilin hətta ötən 5 ilin ən iri maliyyə fırıldağı Beynəlxalq Bankla bağlı oldu.
İlin ən radikal qərarı «Bank Standart»ın bağlanması sayıla bilər.
İlin ən iri korrupsiya faktları MTN və Rabitə işi ilə yadda qaldı.
İlin ən populyar kreditoru Asiya İnkişaf Bankı oldu, Asiya bankları ilə sayəsində Azərbaycanın borcları son 25 ildə ən böyük sürətlə artdı və ölkəmiz Çin və Hindistandan sonra bu bankın ən böyük tərəfdaşına çevrildi.
İlin ən uzun təqdimatı Strateji Yol Xəritələri ilə bağlı oldu. Hələ də davam edir.
İlin ən bahalı reklam kampaniyası «SOCAR-ın istiqrazları» ilə bağlı sayılsa da, gözlənildiyinin əksinə olaraq bu istiqrazların əsas alıcısı vətəndaşlar deyil, şirkətlər oldu.
İlin ən uzun müddətli müqaviləsi ARDNŞ və ВР arasında 2050-ci ilə kimi «Azəri-Çıraq-Günəşli» yatağının işlənməsi barədə saziş oldu.
İlinə ən pozitiv iqtisadi qərarı gec də olsa qeyri-neft sektorunun və ixracatın inkişaf modelinə önəm verilməsi hesab oluna bilər.