vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
09:56 | 12 yanvar 2017 | Cümə axşamı Məqaləyə 1774 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Prosesin uzadılması mənasız görünür»

Erməni politoloq azərbaycanlı əsgərin meyitinin qaytarılmasına çağırır

Vahan MARTİROSYAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan hələ də Azərbaycan Silahlı Qüvvələrinin sıravisi Çingiz Qurbanovun meyiti ilə nə edəcəyini dəqiq müəyyənləşdirə bilmir.

Məlum olduğu kimi, dekabrın 29-da Ermənistan ordusunun kəşfiyyat qrupu Azərbaycan sərhədini keçməyə cəhd göstərib. Azərbaycan ordusunun əsgərləri döyüşə giriblər və nəticədə, erməni tərəfi itkilər verib. Lakin Azərbaycan ordusu da bir əsgərini itirib. Bir müddət Ç.Qurbanov itkin düşmüş hesab edilib, lakin sonradan məlum olub ki, onun meyitini erməni qoşunları ələ keçirib. Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəhbəri Movses Akobyan yanvarın 8-də jurnalistlərə bildirib ki, öldürülmüş əsgərin meyiti Ermənistandadır.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, bundan dərhal sonra siyasətçilər, jurnalistlər mübahisəyə girişiblər – azərbaycanlı əsgərin meyiti vətəninə qaytarılsın, ya yox. Keçmiş kəşfiyyatçı V.Vartanov təklif edib ki, meyit alver obyektinə və psixoloji təzyiq silahına çevrilsin.

«Bu meyit bu gün bizim üçün psixoloji döyüş meydanında yaxşı silahdır və bundan istifadə etməliyik. Vəziyyətdən yararlanmaq və əksinə yol verməmək lazımdır ki, türklər bundan bizə qarşı istifadə etməsinlər. Əlbəttə, gec-tez meyiti qaytaracağıq, lakin bu fakt mətbuat tərəfindən hərtərəfli işıqlandırılmalıdır», - Vartanov belə hesab edir.

Ermənistan Beynəlxalq münasibətlər və təhlükəsizlik institutunun rəhbəri, politoloq S.Safaryan isə bildirib ki, beynəlxalq konvensiyalarla nəzərdə tutulmuş şəkildə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə Ç.Qurbanovun meyitinin təhvil verilməsini gecikdirməklə Ermənistan rəhbərliyinin hansı məqsədləri güddüyünü anlaya bilmir.

«Çox güman ki, erməni tərəfi hələ də Azərbaycan tərəfinin hücumunun pislənməsinə nail olmaq istəyir və buna görə də, belə uzun müddət ərzində meyiti qaytarmır. Eyni zamanda, Minsk Qrupu baş verənlərlə əlaqədar konkret ad çəkmək fikrində deyil.

Diplomatiyamız o qədər əfəldir ki, bütün ciddi-cəhdlərə baxmayaraq, hətta aprel müharibəsindən sonra da nail ola bilməyib ki, Minsk Qrupu Azərbaycanın ünvanına konkret ittiham səsləndirsin. Buna görə də, indi bunu gözləməyin heç yeri deyil. Bizim tərəf ATƏT tərəfindən hansısa mövqeyə nail olmaq istəyirdi, lakin bu baş vermədi və meyitin qaytarılmasının bundan sonra da uzadılması mənə mənasız görünür», - politoloq qeyd edib.