Gürcüstandan fərqli olaraq...
Ukrayna prezidentinin Azərbaycana dəstəyi Rusiyaya və Ermənistana mesajdır
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Əliyev açıq danışdı
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
-
Görüş baş tutumayacaq
Əliyev Makronu “oyundan kənar vəziyyətdə” saxlayır
Azərbaycan prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda iştirakı çərçivəsində xeyli ölkənin lideri və şirkət rəhbəri ilə görüşüb. Bu baxımdan Davos forumu İlham Əliyev üçün əhəmiyyətlidir. Çünki, bir neçə günün içərisində onlarla vacib şəxslə görüşüb əməkdaşlıq məsələlərini və mövcud problemləri müzakirə etmək mümkündür. İlham Əliyevlə o lider və şirkət rəhbəri görüşür ki, Azərbaycanla konkret istiqamətlərdə inkişaf pespektivlərini müzakirə etmək istəyirlər.
Məsələn, Davosda İlham Əliyevlə görüşənlər arasında İraq kürdlərinin lideri Məsud Bərzani də var. Azərbaycan İraqın mərkəzi hakimiyyəti ilə əməkdaşlıq edir. Buna baxmayaraq, son zamanlar Azərbaycanla İraqın şimalı arasında da əməkdaşlıq imkanları genişlənir. Bağdad bu cür təmasların əleyhinə deyil. Azərbaycan kimi İraqın şimalında da zəngin enerji resursları var, bir çox böyük şirkət burada enerji mənbələrinin işlənməsində paya malikdir. Azərbaycan Dövlət Neft Şirkətinin də bu çalışmalarda marağı ola bilər. Eyni ilə Məsud Bərzani də Dövlət Neft Şirkətinin investisiyalarında maraqlıdır. Ayrıca, son zamanlar Azərbaycana gələn turistlər arasında İraqın şimalında yaşayanların da sayı çoxalır, Bakı ilə Ərbil arasıda birbaşa uçuşlar həyata keçirilir. Bir sözlə İlham Əliyevlə Məsud Bərzani arasında müzakirə ediləsi mövzular kifayət qədərdir.
İlham Əliyevin Davosda yadda qalan digər görüşləri sırasında ukraynalı həmkarı Petro Poroşenko ilə fikir mübadiləsini göstərmək olar. Poroşenko həmin görüşdə iki vacib fikir səsləndirib. Poroşenko birinci fikrində deyib ki, Ukrayna Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda yaradılan separatçı rejimi heç vaxt tanımayacaq. «Mən dəqiq vurğulamaq istəyirəm ki, Ukrayna Dağlıq Qarabağın sənədlərinin müvafiq sertifikatlaşdırılmasını qəbul etmir və etməyəcək və biz Azərbaycanın Krım ilə bağlı tutduğu analoji mövqeyi alqışlayırıq» – bu isə Ukrayna prezidentinin Qarabağla bağlı ikinci cümləsidir.
Ukrayna prezidentinin hər dəfə bu sözləri deməsi vacibdir. Adətən dövlət başçıları Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ümumi fikirlər söyləyirlər, çox az lider var ki, «Dağlıq Qarabağdakı separatimiz qəbul etmirik» fikrini dilə gətirir. Poroşenko məhz bunu açıq deyən liderlərdəndir. Bunun başlıca səbəbi odur ki, Poroşenkonun da dediyi kimi Azərbaycan da Kırmla bağlı analoji mövqe tutur. Məsələn, Azərbaycanın Gürcüstanla əlaqələri Ukrayna ilə əlaqələrdən daha sıxdır, böyük investisiya layihələri var, gediş-gəliş intensivdir. Ancaq Gürcüstan rəsmiləri adətən «Dağlıq Qarabağdakı separatizmi pisləyirik, bu yolverilməzdir» kimi fikirlər işlətmirlər. Poroşenko isə «birdən Ermənistan Kiyevdən inciyər» kimi balanslı mövqe tutmur, Qarabağla bağlı birmənalı mövqe ortaya qoyur. Onu da nəzərə almaq lazımdır ki, Ukrayna prezident hələ ki, Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycana səfər edib. Poroşenko BMT-dəki səsvermədə Ermənistanın Krımı Ukrayna ərazisi kimi göstərən qətnaməyə səs verməməsini də unutmayıb.
Qərb ölkələri, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı Krımın işğalını birmənalı pislədiyi halda eyni yanaşmanı Qarabağ məsələsində ortaya qoymur, işğalçıya qarşı sanksiyalar həyata keçirmir, tam əksinə onunla əməkdaşlıq edir. Bu ikili standartlardır. Qərb ölkələri Rusiyanı haqlı olaraq cəzalandırdıqları halda Ermənistanla nəvazişlə davranırlar. Halbuki, Dağlıq Qarabağ və ətraf rayonları işğal edən Ermənistanla Krımı işğal edən Rusiya arasında fərq yoxdur.
Buna baxmayaraq, Poroşenkonun Davosda Azərbaycana birmənalı dəstək ifadə etməsi həm də o baxımdan vacibdir ki, Ukrayna Qərbin bölgədə təhlükəsizliyinə önəm verdiyi ölkədir, Poroşenkonun hər açıqlaması diqqətlə izlənilir. Odur ki, Poroşenkonun Davosda Qarabağla bağlı açıqlaması Ermənistanla yanaşı Qərbə də mesajdır ki, Azərbaycanın ərazi bütövlüyünə həssas yanaşılmalıdır.
Digər tərəfdən Rusiyanın xarici işlər naziri Sergey Lavrov son mətbuat konfransında birmənalı olaraq Ermənistanın mövqeyini dəstəklədi və bu hal Azərbaycan cəmiyyəti ilə yanaşı rəsmi Bakının da ciddi narahatlığına səbəb olub. Ümumiyyətlə Lavrovun sözlərindən bir daha aydın oldu ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil. Belə olan halda rəsmi Bakı Kremlə mesaj yollamaq məcburiyyətindədir ki, Azərbaycanın kifayət qədər strateji tərəfdaşı var ki, Moskvadan fərqli olaraq Dağlıq Qarabağda anti-terror əməliyyatına dəstək versin və belə dövlətlərdən biri də Ukraynadır.