
8 milyard dolla satılıb
Pandemiyadan sonra ən kəskin azalma
Pandemiyadan sonra ən kəskin azalma
Xarici investorlar 18 ayın ən yüksək səhm alışını həyata keçirib
Dəyişiklik kredit faizlərinə təsir edəcəkmi?
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
Mərkəzi Bankdan xəbərdarlıq
Mərkəzi Bank sistemli tədbirlərinə ehtiyac var
Elman Rüstəmov məsuliyyətə cəlb ediləcəkmi?
Taleh Kazımovun dosyesi...
Elman Rüstəmov rəqəmsal bankçılığın inkişafında nə ilə yadda qalacaq?
Rüstəmovun fəaliyyətində əsas nöqsanı ...
Mərkəzi Bank Konstitusiya Məhkəməsinin qərarlarını qabaqcadan necə bilir?
Nə bazar payına, nə də aktivlərin həcminə görə ...
Mərkəzi Bank polimer pula keçməyi planlaşdırır
Elman Rüstəmov: “… sözündən az istifadə edin”
Bu rəqəm ötən ilə nisbətən 225, 2016-dan isə 391 milyon dollar çoxdur
Bütün dünya FED rəhbərlərinin açıqlamalarını gözləyir
Türkiyə Mərkəzi Bankı (TCMB) 2016-cı ildə inflyasiyanın proqnozlaşdırılan 5 faizdən 8,53 faizə yüksəlməsi səbəbindən hökumətə «Açıq məktub» göndərib. «Habertürk» xəbər verir ki, baş nazirin müavini Mehmet Şimşəkə göndərilən məktubda TCMB-nin əsas məqsədinin qiymətlərin sabitliyi olduğu bildirilərək bunun üçün bankın əlində olan bütün alətlərdən istifadə ediləcəyi bildirilib.
TCMB inflyasiyanın tənzimlənməsi üçün lazım gələrsə əlavə monetar sərtləşdirmə həyata keçirəcəyini qeyd edib. Bunun üçün bank valyuta bazarında kəskin hərəkətlərin baş verməsinə qarşı likvidlik tədbirlərə əl atacağını vurğulayıb.
"Report"un analitik qrupu TCMB-nin hədəflərini əksər inkişaf etməkdə olan ölkələrin mərkəzi banklarının qərarları ilə üst-üstə düşdüyünü bildirir. Belə ki, inkişaf etməkdə olan ölkələr devalvasiyanın qarşısını almaq üçün pul siyasətini sərtləşdirməyə üstünlük verməyə başlayıblar. Bu, faiz dərəcələrinin artırılması və ya likvidliyin, yəni pul kütləsinin azaldılması yolu ilə həyata keçirilir. TCMB-nin seçdiyi yol likvidliyin azaldılması ilə bağlıdır.
Türkiyə istənilən halda ölkədə faizlərin artmasına qarşı olduğunu göstərir. Lakin likvidliyin azaldılması nəticəsində pul qıtlığı yaranacaq, o da pula ödənilən faizin artmasına gətirib çıxaracaq. Bu isə ən azı 2017-ci ildə Türkiyənin iqtisadi artımını əngəlləyəcək.
Qeyd edək ki, Azərbaycan da analoji yolla hərəkət edir. Azərbaycan Mərkəzi Bankı büdcə xərclərinin azaldılması fonunda sterilizasiya əməliyyatlarını artırır və bununla da milli valyutanın ifrat ucuzlaşmasının qarşısını almaq niyyətindədir: «Təbii ki, bununla manatın devalvasiyasının qarşısı alınacaq. Lakin bu il də iqtisadi artıma nail olunması mümkün görünmür. Son 15 ildə sürətli ÜDM və qiymət artımı prosesi bu il sabitləşəcək və 2018-ci ildən daha sağlam iqtisadi artım əldə olunacaq».