«Güzəştlər ediləcək»
Uyğun qiymətə mənzil tikintisinə necə nail olmaq mümkündür?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bakının bu binaları söküləcək
Sakinlərə nə qədər kompensasiya veriləcək?
-
Dərnəgüldəki taxta bazarında yanğın
500 minlik malı yanan ticarətçi özünü alovun içinə atdı
-
Məşhur binadakı yanğın söndürüldü
Qəza “Trump Tower” kinan tanınan göydələnin orta mərtəbələrində baş verib
-
«Onsuz da narkomandır...»
Təsəllinin ən pisi ...
-
«Çətin məsələdir»
Abid Şərifov dəhşətli yanğından danışdı
-
Yanğından sonra 24 nəfərin meyiti aşkar edilib
FHN-dən rəsmi açıqlama
-
25-dək ölü var
Respublika Narkoloji Mərkəzində dəhşətli yanğın
-
Prezident hadisə yerində
İlham Əliyev Narkoloji Dispanserdə baş verən yanğınla maraqlanıb
-
Narkoloji Dispanserdə dəhşətli yanğın
24 nəfər yanaraq ölüb, 34 nəfər xilas edilib, yaralılar var
-
«Pilot layihə»yə salınıb, amma…
Bakının Nərimanov rayonunda 4 mərtəbəli bina uçur
-
«Getməyin, təhlükəlidir»
FHN-dən itkin düşən alpinistlərin axtarışına qoşulmaq istəyənlərə xəbərdarlıq
-
«Xilasedicilər bu il 296 nəfəri xilas edib»
Nazır: «Nəzarət olunan çimərliklərdə ölüm halı qeydə alınmayıb»
-
Nazir 200-yə yaxın şəxsi qəbul etdi
İnsanlar kömək dalınca Kəmaləddin Heydərovun qəbuluna getdilər
-
«FHN bütün təşəbbüslərə qoşulmağa hazırdır»
Nazir-general: «Nazirlik yaradılandan təbii fəlakətlər zamanı insan itkisi olmayıb»
-
Kəmaləddin Heydərov Məsud Kərbasianı qəbul etdi
Fövqəladə Hallar Nazirliyində İranın iqtisadi işlər və maliyyə naziri ilə görüş olub
-
«Heç kim xəsarət almayıb»
«Gazelli» şirkətinin hüquqşünası: «Birdən-birə tüstü qalxdığını gördük»
«Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi»nin icrası ölkə əhalisinin mənzilə sahib olmaq imkanlarının artırılmasına, iqtisadi canlanmaya və yeni iş yerlərinin açılmasına səbəb olacaq, o cümlədən ipoteka bazarının inkişafına şərait yaradacaq.
AzərTAc-ın müxbirinin Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin eksperti Namiq Seyidovla müsahibəsi bu yol xəritəsinin hədəfləri, uyğun qiymətə mənzil tikintisinə nail olmaq yolları barədədir.
- Sizcə, tikinti şirkətləri ucuz mənzillərin inşasına, eləcə də tikinti xərclərinin azaldılmasına hansı real vasitələrlə nail ola bilərlər?
- Təbii ki, bu sahədə çalışan şirkətlərə ilk növbədə güzəştli vergi şərtləri tətbiq olunmalı, qeyri-qanuni ödənişlərə yol verilməməlidir.
Uyğun qiymətə mənzil tikintisində əsas amillərdən biri də inşaat materiallarının qiymətidir. Belə ki, xaricdən idxal olunan tikinti materialı və avadanlıqlar valyuta ilə alındığından, bu, çəkilən xərclərə ciddi təsir edir, mənzillər baha başa gəlir.
Əgər tikinti şirkəti həm də inşaat materiallarının istehsalçısıdırsa, materiallar ona demək olar ki, maya dəyərinə başa gələcək, bununla da tikintiyə çəkilən xərclər xeyli azalacaq.
Qeyd etmək istəyirəm ki, burada əsas hədəf tikiləcək mənzillərin gənc ailələrin, aztəminatlı insanların gəlirlərinə uyğun olmasıdır. Yəni mənzil alınmasına çəkilən xərcin ailə büdcəsinin 40-50 faizindən çox olmayacağını düşünürəm. Həmin binalarda mənzil alan bu kateqoriyalı şəxslərə həm də dövlət tərəfindən müəyyən güzəştlər ediləcək. Ola bilsin ki, güzəştlər uzunmüddətli, kiçik faizli ipoteka formasında olsun.
- Beynəlxalq təcrübədə bu məsələlər necə həll olunur?
- Beynəlxalq təcrübədə mənzil xərclərinin azaldılması və əhalinin standartlara cavab verən mənzillərə ehtiyacının ödənilməsi sahəsində mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin çəkilməsi ilə bağlı dövlət dəstəyi mexanizmlərinin tətbiq edilməsi əsas şərtlərdən biridir. Bu sahədə Almaniya təcrübəsi daha çox diqqət çəkir. Orada bina tikintisinə cavabdeh qurum bələdiyyədir. Tikinti şirkəti, yaxud hüquqi və ya fiziki şəxs bələdiyyəyə müraciət edərsə, ilk növbədə ərazinin kommunikasiya vəziyyəti yoxlanılır. Ərazidə kommunikasiya xətlərini qoşmağa şərait varsa, bina tikintisinə icazə verilir. Tikinti başlamazdan əvvəl bələdiyyə tərəfindən inşaat meydançasına işıq, su və qaz xətləri çəkilir. Bina təhvil verildikdən sonra sifarişçi heç bir əziyyət çəkmir. Sakinlər isə kommunal xərcləri sonradan bələdiyyəyə ödəyirlər.
Təəssüf ki, respublikamızda tikinti təşkilatları tərəfindən binaların qazlaşdırılmadan istifadəyə verilməsi hallarına hələ də rast gəlinir.
- Uyğun qiymətə mənzil tikintisinə yerli və xarici investorların cəlb olunması nəzərdə tutulur. Xarici şirkət və investorların bu sahədə rolunu necə təsəvvür edirsiniz?
- Fikrimcə, xarici şirkətlərin və investorların Azərbaycanda bu istiqamətdəki fəaliyyəti yardımçı xarakter daşıya bilər. Xarici şirkəti Azərbaycan iqtisadiyyatının hər hansı bir sahəsində layihəyə cəlb etməklə, onun əldə etdiyi qazancın, məsələn, 10-15 faizi mənzil tikintisinə yatırmaq olar. Yəni şirkət bu layihəyə cəlb etdiyi yerli işçiləri uyğun qiymətə mənzillə təmin edə bilər.
Əlbəttə, hər hansı şirkət investisiya yatırırsa, onun bəhrəsini görməlidir. Odur ki, uyğun qiymətə mənzil tikintisində başlıca olaraq, yerli şirkətlərin qüvvəsindən istifadə etməliyik.
Ümumilikdə, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu layihə aztəminatlı insanların həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, tikinti sektorunun inkişaf dinamikasının davamlılığını təmin edəcək.