vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 23 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
PROBLEM  
08:34 | 3 mart 2017 | Cümə Məqaləyə 1368 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sınıq körpü»də tıxac

İritonnajlı maşınlar Azərbaycan-Gürcüstan sərhədində təhlükə yaradır

Valeh DADAŞOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan-Gürcüstan sərhədində yerləşən «Sınıq körpü» keçid məntəqəsində iritonnajlı maşınların sıxlığı yaranıb. «Report»un Qərb bürosunun məlumatına görə, yük maşınlarının sürücüləri sərhədi keçmək üçün bir neçə saat gözləməli olurlar.

Sürücülərin sözlərinə görə, əsas problem yanacaq daşıyan maşınların tıxacda qalmasıdır. Onlar bildirir ki, bu nəqliyyat vasitələrinin uzun müddət məntəqədə dayanması çox təhlükəlidir.

Buraxılış məntəqəsinin piyada keçid xəttində isə vəziyyət normaldır. Sərhədi piyada keçmək istəyənlər heç bir çətinlik yaşamırlar.

Sınıq Körpü sərhəd-buraxılış məntəqəsindən bildiriblər ki, son günlər gediş-gəliş zamanı sıxlıq müşahidə olunmur. Azərbaycana gələn və Gürcüstana keçmək istəyənlər yoxlanıldıqdan sonra rahat şəkildə yollarına davam edirlər. İritonnajlı avtomobillərdə isə daha çox Gürcüstan tərəfdə yoxlanış zamanı ləngimələr yaranır.