vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
11:34 | 3 mart 2017 | Cümə Məqaləyə 1211 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İlham Əliyevin Parisə səfəri gözlənilir...

...Sərkisyan da orada olacaq

F.MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan prezidenti İlham Əliyev martın 14-də Fransaya səfər edəcək. Virtualaz.org xəbər verir ki, bu barədə «Radio France İnternational» (RFİ) bildirir. Səfər Azərbaycanla Fransa arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunur, lakin gözlənilir ki, Paris danışıqlarının əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət olacaq.

Fransa radiosu bildirir ki, bundan bir həftə əvvəl Ermənistan prezidenti Serj Sərkisyan da Parisə gedəcək. Həmin səfər də ikitərəfli diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunub, lakin Yelisey sarayındakı mənbələr Sərkisyanla Fransa prezidenti Fransua Ollandın görüşündə Qarabağ məsələsinin müzakirə olunacağını bildirir.

Xatırladılır ki, martın 14-də Serj Sərkisyan Moskvada səfərdə olacaq, prezident Vladimir Putinlə ikitərəfli münasibətlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsi ətrafında kəskinləşən situasiyanı müzakirə edəcək.

Qeyd edək ki, hazırda Minsk Qrupunda Fransanın və ABŞ-ın rolu xeyli zəifləyib, təşəbbüs çoxdan Rusiyaya keçib. Ötən il Fransa tərəfi Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə görüşünü təşkil etmək üçün xeyli səylər göstərsə də İrəvan nümayişkarənə şəkildə danışıqlardan imtina etdi. Hazırda Rusiya tərəfləri danışıqlar masası arxasına qaytarmaq üçün yenidən müəyyən diplomatik fəallıq nümayiş etdirir, Moskva prezidentlərin üçtərəfli görüşünü təşkil etməyə hazır olduğunu bildirib. Lakin hələlik belə görüşə dair razılıq yoxdur.