vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
21:08 | 5 mart 2017 | Bazar Məqaləyə 3662 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanda hibridləşdirilmiş buğda satılır

Qorxu və ümidsizlik yaradan, müqavimət gücünü sıfıra endirən...

Sevinc YASINQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qoroskop» qəzetinin baş redaktoru Səbuhi Rəhimli Azərbaycanda hibridləşdirilmiş buğdaların satılmasıyla bağlı şok iddialar səsləndirib.

BakiPost.azxəbər verir ki, S.Rəhimli sosial şəbəkədə, səməni becərmək üçün boşqaba qoyduqları buğdanın fotosunu paylaşıb. O, buğdadan meyit iyi gəldiyini qeyd edib və onun hibridləşdirilmiş olduğunu iddia edib: «Əslində səmənini hər kəs öz əli ilə, öz evində qoymalıdır. Biz həmişə buna riayət etmişik. Bu il də 300 qram buğda alıb, 3 səməni qoyduq. Cəmi iki gün sonra buğdadan üfunət qoxusu, meyit iyi gəlməyə başladı. İnandırım sizi, dözülməz qoxudan evdə durmaq mümkün deyildi. Səbrimizi basıb bir həftə dözdük, sonra atdıq.

Gizli informasiya gəzirdi ki, müxtəlif ölkələrdən bizə hibridləşdirilmiş, tərkibinə insan genini dəyişən maddələr yeridilmiş (qorxu və ümidsizlik yaradan, müqavimət gücünü sıfıra endirən) buğdalar gətirilir. Məhz bu il deyilənlərin doğru olduğunu gördüm. Çay belə, buğda (un, çörək) belə, su da ki... Bu qədərmi dəyərsiz baxılır millətə?»

BakiPost.az-ın əməkdaşı məsələ ilə bağlı «Azad İstehlakçılar» İctimai Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxlayıb. O, sözügedən buğdanın əqrəb geni yeridilmiş buğda ola biləcəyini qeyd edib: «Yəni quraqlığa davamlı genetik modifikasiya olunmuş buğda da ola bilər. Amma onun pis qoxu vermək əlaməti barədə məndə məlumat yoxdur.

Ümumiyyətlə, Azərbaycanda genetik modifikasiya olunmuş buğda, qarğıdalı əkilir. Bunlar qeyri-qanuni olaraq edilir. İstisna olunmur ki, jurnalistin aldığı da o cür buğda ola bilər».

Eyyub Hüseynov qeyd edib ki, isti yerdə saxlandığı zaman uğdada qıcqırma da baş verə bilər: «Qıcqırma zamanı da o cür pis iy gəlir. Həmçinin bütün buğdalar qıcqırmadan üfunət qoxusu verə bilər».