
Mərkəzi Asiyada riyaziyyat yarışları niyə artır?
“Olimpiadalar insan kapitalının keyfiyyətini yüksəltməklə inkişafa təkan verir”
“Olimpiadalar insan kapitalının keyfiyyətini yüksəltməklə inkişafa təkan verir”
Xəzərin dibi ilə çəkiləcək internet kabeli layihəsinə start verilir
Qəfil peyda olub, öz-özünə yox olan bəlası
Qonşularının müstəqilliyinə məhəl qoymayan Rusiya ondan icazəsiz atılan hər addım “Qərbin sui-qəsdi” kimi dəyərləndirilir
Ərazidəki insanlar sərxoş olub yatırlar
Ölkə başçısı AES tikintisi üçün xalqın razılığını istəyir
İkinci Dünya Müharibəsindən sonra yaşanan ilk kansleri üzüb: “Bizim üçün də ağrılıdır”
“Astana Opera”nın Bakıya qastrolu
İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə ...
Azərbaycan Prezidenti Qazaxıstanlı həmkarına məktub göndərib
“Ədalətli Qazaxıstan – hamı və hər kəs üçün” şüarıyla ...
Qazaxıstan prezidenti səslərin beşdə birindən çoxunu qazanıb
Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır
Tokayev hərbi doktrinanı da dəyişdirib
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
İki yol arasında fərq 500 km-ə yaxındır
İki ölkə - Rusiya 80-84 faiz, Qazaxıstan 16-20 faiz taxıl idxalımızda paya sahib idi. Rusiya məhdudiyyətlər qoyduqdan sonra, Qazaxıstanın payı 54 faizə qaldırdıq, Rusiyanı 46 faizə endirdik. İndi Qazaxıstan da məhdudiyyət tətbiq etdi.
Buna görə ardı-ardına müxtəlif medialardan bu məsələ ilə bağlı suallara ümumi cavab olaraq qeyd etmək istəyirəm ki, bu vəziyyəti qorxulu hal hesab etməyə və ajiotaj yaratmağa qəti gərək yoxdur.
Niyə?
Əvvəla ona görə ki, Azərbaycan ötən ilin eyni dövri ilə müqayisədə taxıl ehtiyatını daha da artırıb. İkincisi isə dünya taxıl istehsal həcmləri Rusiya və Qazaxıstandan ibarət deyil. Çin 135 milyon tonla birinci, Hindistan 99 milyon tonla ikincidir. Rusiya 3-cü, ardınca ABŞ, Kanada, Fransa və s. gəlir. Hətta 11-ci yerdə qardaş Türkiyə də var.
Rusiya və Qazaxıstan öz başlarına hələ nələrin gələcəyini bilmədiyi üçün öz ehtiyatlarını artırırlar və buna görə məhdudiyyət tətbiq edirlər. Onların boşaltdığı bazarları tutmağa hazır olan ölkələr isə həmişə var. ABŞ, Fransa, Hindistan və s. Digərləri özləri təklif gözlədyi halda Hindistan artıq Rusiyanın boşaltdığı bazarları tutmaq üçün dünyanın 30-a yaxın ölkəsinə özü müraciət edib. Məlumatlara görə burada Azərbaycan da var.
Hindistan bu fürsətdən istifadə edərək, 99 milyon tonluq istehsal həcmini 112 milyon tona çatdıracağını bildirir.
Bir sözlə, taxıl satan həmişə var. Bəs narahat olmalı məqam heç mi yox?
Var!
Bu daşınma məsafəsinin uzaqlığıdır, loğistik xərclərin artmasıdır. Eləcə də tələbin artmasına görə ixracatçıların ixrac rüsumlarını artırma riskləridir. Bütün bunlar məhsulun maya dəyərinə oturduğu üçün qiymətlərin artması qaçılmazdır. Deməli, problem taxıl problemi deyil, pul problemidir. Həmişə satan olacaq, necə deyərlər "puluna minnət".
Amma artan qiymətlər, ələlxüsus da çörəyin qiymətinin artması sadə insanlar üçün ciddi sosial problemdir.
Bu problemi yaranmağa qoymamaq üçün hazırda ən real effekt verəcək addım subsidiya mexanizminin genişləndirilməsi ola bilər. Dövlət bununla artan qiymətləri qarşılaya bilər.
P.S.: Ən son statistikaya görə 52,7 milyard dollar valyuta (DNF və MB ) ehtiyatımızın olması isə bu gün ölkədə belə problemlərin həlli üçün ən pozitiv amillərdən biridir.