vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SOSİAL  
18:43 | 13 mart 2017 | Bazar ertəsi Məqaləyə 2598 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Xruşşovka»lar söküləcək

Baş nazir qərar verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 83 nömrəli Qərarında Bakı şəhərinin 1-ci mikrorayonunda "Xruşşovka" kimi tanınan müvəqqəti yaşayış üçün nəzərdə tutulan, istismar müddətini başa vurmuş iripanelli yaşayış binalarında yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi üçün həmin binaların sökülərək yerində müasir tələblərə uyğun çoxmərtəbəli binaların tikilməsi və yenidən qurulması işləri üzrə sifarişçi funksiyası Fövqəladə Hallar Nazirliyinə həvalə edilib.

Sənədə əsasən «Pilot layihə» kimi, Bakı şəhərinin 1-ci mikrorayonunda mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, mövcud şəhərsalma normalarına cavab verməyən, «Xruşşovka» kimi tanınan yaşayış binalarının və həmin mikrorayonun ərazisindəki digər yaşayış və qeyri-yaşayış təyinatlı tikililərin sökülərək yerində yeni binaların tikilməsi, sosiaI infrastrukturun yaradılması və abadlaşdırılması üzrə ərazinin müfəssəl planının hazırlanması və təsdiqini, həmçinin bu müfəssəl plan əsasında yerinə yetiriləcək işlərin texniki iqtisadi əsaslandırmasının hazırlanmasını və işlərin icrasını özündə əks etdirən Tədbirlər Planının layihəsi hazırlanaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılaraq, təsdiq edilməsi üçün 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Aparılacaq tikinti işlərinə özəl şirkətlərin vəsaitləri və kredit vəsaitləri cəlb edilməlidir.

Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılıb ki, tikintisi basa çatmış obyektlərin istismarına icazə verildikdən sonra, həmin obyektlərin qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyatı həyata keçirilsin.