Qapalı məkanlarda siqaret qadağası gəlir
Yeni şərtlərə uyğunlaşa biləcəyikmi?
Günel AZADƏ, kaspi.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
“Əksər enerji içkiləri əsl deyil”
Satılan markalarının çoxu “Energy Drink” kateqoriyasına girmir
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
Azərbaycanda siqaret və digər tütün məmulatlarından bəzi ictimai yerlərdə istifadə qadağan oluna bilər. Bununla bağlı qanun layihəsi Milli Məclisin Sosial siyasət komitəsində müzakirə edilir. Həmin məkanların adları yeni hazırlanmış «Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında» qanun layihəsinin son variantında öz əksini tapıb. Qanun layihəsinin 10-cu (Tütün çəkilməsinə icazə verilməyən yerlər) maddəsinə əsasən, bu məkanlara təhsil və tərbiyə müəssisələri, səhiyyə və reabilitasiya mərkəzləri, restoranlar, kafelər, barlar daxil olmaqla digər ictimai iaşə obyektləri, sosial xidmət müəssisələri, kinoteatr və teatrlar, sərgi və nümayiş salonları və başqa bu kimi ictimai yerlər daxildir. Layihə uzun müddət müzakirə edildikdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib və aprelin 14-də yenidən müzakirəyə çıxarılacaq.
Millət vəkili Jalə Əliyeva qeyd edir ki, tütün məmulatlarının istifadəsi ilə bağlı problemin öz həllini tapması müsbət haldır. Onun sözlərinə görə, uzun müddətdir ki, bu qanunun ərsəyə gəlməsi və qəbul edilməsi ilə bağlı hazırlıq işləri gedirdi. «Elə məsələlər var ki, birbaşa cəmiyyətin müxtəlif təbəqələrinə aid olur və onlardan sosial sifariş gəlmədən onu müzakirə edə bilmirik. Siqaret çəkmək insan hüquqları ilə bağlı bir məsələdir. Siqareti çəkmək və ya çəkməmək hər bir insanın fərdi hüququdur. Bunu məhdudlaşdırmaq olar və ya olmaz? Bu kimi dilemmalar qarşısında qaldığımız üçün məsələnin həlli gecikirdi. Təbii ki, biz böyük bir cəmiyyətdə yaşayırıq, ona görə də məsələyə sadəcə, siqaret çəkənlərin maraqları çərçivəsində baxmaq olmaz. Əgər siqaret çəkən ətrafı da zəhərləyirsə əlbəttə ki, buna qarşı ölçü götürmək lazımdır. Ona görə də biz çalışdıq ki, plüralist cəmiyyətdə yaşadığımızı nəzərə alaraq elə bir qanun hazırlayaq ki, cəmiyyətin heç bir təbəqəsinin hüquqları pozulmasın və balans olsun. Qanun layihəsində yalnız bəzi ictimai məkanlarda siqaret çəkməyin qadağan olunması nəzərdə tutulub».
Millət vəkili bildirdi ki, qanun layihəsi insanların və ətraf mühitin sağlamlığı üçün əhəmiyyətli olacaq. Yetər ki, ondan irəli gələn müddəaları həm siqaret çəkənlər, həm də siqaret satışı ilə məşğul olanlar düzgün anlasınlar. Yəni fərdi qaydada düşünməsinlər, vətəndaşların və ölkənin maraqlarını da nəzərə alsınlar. «Əlbəttə ki, qanun pozuntusu olduğu halda, buna qarşı müəyyən cəza tədbirləri olacaq. Bu, təkcə Azərbaycanda deyil dünyanın bir çox ölkələrində belədir. Müəyyən cərimələr olmalıdır ki, kimsə hər hansısa bir addımı atmaqdan çəkinsin. Qanun qəbul edildikdən sonra cərimələrlə bağlı daha dəqiq məlumat verəcəyik».
Sosioloq Cavid İmamoğlu deyir ki, tütün məmulatlarının ictimai yerlərdə istifadəsi özü bir qanunauyğunsuzluqdur. Müzakirə olunan qanun layihəsi ilə həmin uyğunsuzluq aradan qalxacaq. «Təbii ki, bu qanuna etiraz edənlər olacaq, çünki həqiqətən də insanlar ictimai yerlərdə rahat şəkildə siqaret çəkməyə öyrəşiblər. Halbuki, bu, həm fərdi, həm ictimai baxımdan insanların sağlamlığına ziyandır. Arzu olunan budur ki, qanun tezliklə qəbul edilsin, onun icrasına başlanılsın və ictimai yerlərdə siqaret çəkmək mümkün qədər məhdudlaşdırılsın. Tədqiqatlar göstərir ki, bir çox yeniyetmələr siqareti məhz ictimai yerlərdə gördükləri üçün çəkənləri təqlid etməyə başlayırlar. Yəni çox vaxt dərk etmədən, zərərinin fərqinə varmadan şüursuz formada kimlərisə təqlid etmək üçün siqaret çəkməyə başlayırlar. Yeni qanun xüsusilə də yeniyetmələrin siqaretə meyilliliyinin azalmasına gətirib çıxardacaq. O cümlədən də insanların ciblərinə xeyir edəcək».
Sosioloq qeyd edir ki, hazırda bizdə siqareti hər yerdə çəkmək mümkündür. Amma bundan sonra bunun üçün yalnız müəyyən icazə verilmiş, xüsusi yerlər olacaq: «Təbii ki, ilk vaxtlarda insanların qanuna uyğunlaşması çətin olur. Buna görə də çox vaxt etiraz əlaməti olaraq qanun pozuntusuna yol verəcəklər. Bunun üçün də yeni qanunun icrasına başlayarkən maarifləndirmə işləri də aparılmalıdır. İnsanlar maarifləndirildikcə və yeni qanunun hədəfləri, məqsədləri, qadağanın əslində onların sağlamlığı üçün edildiyini bildikcə, özləri onun reallaşmasına dəstək olacaqlar».
Psixoloq Elnur Rüstəmov deyir ki, insanların idarə edilmə prosesində iki faktor olur – bunlardan biri mükafatlandırma, digəri cəzalandırmadır. «Yaxşı işin müqabilində insanlar mükafatlandırılır, pis işə görə isə cəzalandırılırlar. Söhbət insan səhhətindən və bununla paralel digər insanların da səhhətinə ziyan vurmadan gedirsə, əlbəttə bu zaman məhdudlaşdırma olmalıdır. Siqaret çəkən insanlar üçün xüsusi yerlər ayrılmalıdır. Biz həmişə özümüzü Avropa ölkələri ilə müqayisə edirik. Həmin ölkələrə də nəzər salsaq görərik ki, onlarda da bu tip məhdudlaşdırmalar var».
E.Rüstəmov deyir ki, siqaret çəkmək istəyən bunu onsuz da çəkəcək. «Amma bu qadağa müəyyən qədər insanların siqaretdən uzaqlaşmasına səbəb olacaq. Bu da insanların sağlamlığının qorunması yönümündə atılmış müsbət bir addım kimi qiymətləndirilə bilər. Məncə, qanunun müsbət təsirləri olacaq. Təbii ki, bir müddət çətinliklər olacaq, amma zamanla alışacaqlar və hətta bu qanun qəbul edilməsində əməyi olanlara təşəkkür edəcəklər».