vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNEY  
11:55 | 22 aprel 2017 | Şənbə Məqaləyə 591 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sel çoxlu yalanları üzə çıxardı»

Tərbizli millət vəkilindən sərt sözlər: «Ölkə əyalətə və əhaliyə xəyanət edir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanlı millət vəkili Məhəmməd Səid İsmaili martın 14-də Güney Azərbaycan şəhərlərində baş verən sel fəlakətinə toxunaraq bir sıra rəsmi şəxsləri, o cümlədən dövlət başçısını tənqid atəşinə tutub.

«Azərbaycanda baş verən sel fəlakəti ilə bağlı Şərqi Azərbaycan Vilayəti və ölkə üzrə bəzi rəsmi şəxslər məsuliyyətsiz açıqlamalar verdilər. Görünür ki, onlar hələ yerli əhalinini tanımalı və danışıq tərzini öyrənməlidilər», - deyə millət vəkili «Fars» xəbər agentliyinin müxbirinə bildirib.

Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili sözlərinin davamında dövlət başçısının ünvanına tənqidlər səsləndirib: «Bütün ölkələrdə hərhansı bir ciddi hadisə baş verdiyi zaman, həmən başsağlığı verilir və zərərçəkənlərlə yaxından görüşmək və görülən işlərlə tanış olmaq üçün birinci fürsətdə hadisə yerinə baxış keçirilir. Lakin ölkə prezidenti bunların heç birini etmədi.

Həmçinin insanların sel suaları altında ölməsinə məsulların məsuliyyətsiz davranışları səbəb oldu. Heç bir ağıllı insan avtomobillərin çay kimi istifadə olunan bir yerdə hərəkət etməsini qəbul edə bilməz. Bütün bunlar göstərir ki, bəziləri üçün insanların həyatı heç bir əhəmiyyət daşımır».

Məhəmməd İsmail Səidi təbii fəlakətdə ölənlərlə bağlı bəzi iddialara da toxunub. «Hər kəs «Qələzar» körpüsündə ölənlərin şəkil çəkmək üçün oraya geldiyini iddia edərsə, o ölkə, əyalət və əhaliyə xəyanət edir. İnsanların dərki və şüuru var. Bəziləri isə hadisə yerində yol polisinin olduğunu iddia edir, bu da yalandır. Bir polis məmuru «Dur» tablosunu qaldırmaqla bütün avtomobilləri dayandıra bilərdi. Hərkəs qanuna tabedir. Orada ümumiyyətlə yol polisi olmayıb», - deyə millət vəkili əlavə edib.