ABŞ təyyarəsi Pakistana endi
“Danışıqlar hərbi bazada keçirilə bilər”
19:06 | 21 may 2025 | Çərşənbə
Məqaləyə 209 dəfə baxılıb
Şriftin ölçüsü
“Danışıqlar hərbi bazada keçirilə bilər”
“İndiyə qədər görünməmiş miqyasda cavab veriləcək”
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ali lideri Trampla necə razılaşdı
Dünən gecə saatlarında tarixi siyasi mesajlaşma trafiki yaşanıb
ABŞ prezidenti İrana verilən vaxtın bitməsinə 1 saat qalmış müjdəni verdi
Şahbaz Şərif Trampdan müddəti uzatmasını, İrandan isə Hörmüzü açmasını istədi
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Ankara–İslamabad xətti...
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
Bu nəqliyyat layihəsi yenidən müzakirə predmetidir
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Pakistan: “Şərtlərimiz qəbul edilərsə, Əfqanıstan rəhbərliyi ilə danışıqlara hazırıq”
Tramp yenə özünü qabağa verəcəkmi?
Əfqanıstan-Pakistan sərhədində növbəti toqquşma
Pakistan-Hindistan toqquşmalarından sonra Azad Kəşmir əhalisinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar davam edir. Mayın 6-10-da Hindistan və Pakistan arasında baş verən toqquşmalar atəşkəs razılaşması ilə başa çatsa da, həm iki nüvə dövləti, həm də dünya ictimai rəyi hələ də kənardadır.
“The Washington Post” (WP) hesabatında hətta Azad Kəşmirdəki müstəqillik tərəfdarlarının da İslamabad administrasiyasına yaxın bəyanatlar verməsi diqqət çəkir.
Pakistan qoşunlarının Kəşmirdən çıxarılmasını və müstəqillik referendumunun keçirilməsini tələb edən Cammu və Kəşmir Azadlıq Cəbhəsinin sözçüsü Məhəmməd Rafiq Dar deyib ki, İslamabad hökumətinin “müharibə zamanı verdiyi cavab yüksək qiymətləndirilib”.
Əhalisinin əksəriyyəti müsəlman olan Pakistan və əsasən hinduların yaşadığı Hindistan Kəşmirin müxtəlif hissələrini idarə edir. Lakin hər ikisi bütün bölgəyə iddialıdır.
Hindistanın yenidən bölgəyə hücumu ehtimalı Azad Kəşmir əhalisini narahat edir. Kəşmirdə Pakistan tərəfdarı olan Birləşmiş Cammu və Kəşmir Müsəlmanları Konfransından Sərdar Osman Attik deyib: "Biz Hindistanın yenidən hücum etməsindən qorxuruq". Attik Hindistanın baş naziri Narendra Modiyə istinad edərək, “Modi yaralı heyvan kimidir, dişləmək üçün geri qayıdacaq”, – deyib.
Pakistan rəsmilərinin məlumatına görə, Hindistanın hücumları nəticəsində baş verən qarşıdurmalarda azı 31 nəfər həlak olub. Bundan əlavə, 300-ə yaxın evə ziyan dəyib. Hindistan həmçinin Pakistanın Kəşmirin ona aid hissəsində həyata keçirdiyi hücumlarda ən azı 27 nəfərin öldüyünü bildirib.
Azad Kəşmir sakini Zəfər İqbal Qazi iddia edir ki, onun dostları və qonşuları arasında Pakistana qarşı əhval-ruhiyyə Hindistanın hücumları nəticəsində insan itkisi və ziyana görə kəskin şəkildə dəyişib.
Pakistanı dəstəkləyən Kəşmirli fəal Mozzammil Aslam deyir ki, təhlükə hələ bitməyib: “Həqiqət budur ki, Kəşmir nüvə silahına malik Hindistan, Pakistan və Çinin yaratdığı üçbucağın ortasında yerləşir”.
Aprelin 22-də Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq Hindistanın mayın 6-da Pakistan ərazisi və Azad Kəşmirə raket zərbələri endirməsindən sonra tərəflər arasında qarşıdurma yaranıb.