
EKTİS nə üçün lazımdır?
İstixanalar, soyuducu anbarlar və taxıl elevatorları sistemdə qeydiyyatdan keçəcək
İstixanalar, soyuducu anbarlar və taxıl elevatorları sistemdə qeydiyyatdan keçəcək
Nazirlik açıqlama yaydı: “İxracın 5 ton artması 150-170 min istehsal qarşısında qıtlıq yarada bilməz”
Səbəb “pambıq”dır, yoxsa gömrük?
Nazirlikdən taxıl sahələrini yandıranlara xəbərdarlıq
“ASAN”dan nazirliyə növbəti transfer
Boş qalan vəzifəyə ...
“Kiçik padşahlar”ın zəbt etdikləri torpaqlar geri alınacaq
Sabiq nazirin depressiyaya düşdüyü deyilir
“Bizim vəzifəmiz kəndlilərə, fermerlərə yaxın olmaqdır”
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinatlar
Dünyada orta qiymət 3000-dir, amma Azərbaycan 8000 dollara satır
Hökumət Evində Ziya Məmmədovun adamı olan keçmiş icra başçısı işçiləri otaqdan qovub polisə verdi
Nazir qudası Ziya Məmmədovun yolunu gedir - məhv edilən ərzaq təhlükəsizliyi və milyonları udan korrupsiya «əjdahası»
Bakıda arıçılıq məhsullarının sərgi-satışı başladı
Hər ikisi milyonları məhv edən ziyanvericilərdir
Rayonlarda fəlakət: sel, daşqın, dolu…
«Quş qripi»nə görə aparılan növbəti monitorinq başa çatıb. Bu barədə «Trend»ə Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) məlumat verilib.
Noyabrın 28-dən «quş qripi» xəstəliyinə görə ölkə ərazisində KTN yanında DBNX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə növbəti monitorinq keçirilib. Monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlarda saxlanılan quşlardan da nümunələr götürülüb.
«Quş qripi» xəstəliyinə görə aparılan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 26 baş çöl quşlarının patoloji materialı və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1753 baş ev quşlarının qan nümunələri baytarlıq laboratoriyasında müvafiq müayinələrdən keçirilib.
DBNX-dən bildirilib ki, müayinələr başa çatıb və nümunələrin heç birində «quş qripi» xəstəliyinin törədicisi aşkar edilməyib. Köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və xəstəlikdən tələfolma hallarına rast gəlinməyib.
DBNX əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. Həmçinin, heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanların saxlanılması baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə həyata keçirilsin.
Məlumatda qeyd olunur ki, hazırda «quş qripi» xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizodik vəziyyət sabitdir.