
Almaniyanın “F-35” planı
Avropa müdafiəsi ABŞ-a əmanət edilir?
Avropa müdafiəsi ABŞ-a əmanət edilir?
Marketlərdə bu iki məhsuldan uzaq durun
“Avropa öz təhlükəsizliyinə daha çox məsuliyyət daşımalıdır”
Fransa və Almaniyada Asiya pələng ağcaqanadı təhlükəsi
Almaniyada hərbi xidmət gənclər üçün cazibədar edilir
35 il əvvəl yox olduğu düşünülən virus Almaniyada yenidən peyda oldu
Almaniyanın keçmiş İqtisadiyyat naziri xaricə köçür
Kreuzbergə 1000 nəfərlik qaçqın mərkəzi açılır
Almaniyada tələbə kreditlərinə maraq azalıb
“Daimler Truck” Avropa ölkəsində islahata gedir
“Əgər ehtiyat tədbirləri görülməsə, on minlərlə insan istidən ölə bilər”
Dili bilməyən şagirdlər üçün qapılar bağlanır
İki ölkə arasında gərginlik böyüdü, səfir nazirliyə çağırıldı
1 vətəndaşı huşu itənə qədər döyən 4 məmur mühakimə olunur
Almaniyada 107 illik logistika şirkəti məhkəməyə müraciət edib
Almaniya-Polşa nəzarət məntəqəsində böyük miqrant gərginliyi
Avropa Birliyinin əvvəlki yazıda söz açdığım qlobal strategiyasında önəmli məqamlardan biri də budur ki, ölkələrin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi, sərhədlərinin toxunulmazlığı Avropa təhlükəsizlik siyasətinin təməl elementləri elan olunur.
Lakin bu məsələyə fərqli və selektiv yanaşma var, buna ikili standart da demək olar. Merkelin səfəri bir daha göstərdi ki, Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə konkret ifadələrlə dəstək ifadə olunarkən, Azərbaycana münasibətdə ümumi, neytral ifadələrdən istifadə edilir. Bunun məncə, iki əsas səbəbi var: əvvəla, Gürcüstan və Ukraynanın problemləri bu ölkələrlə birbaşa Rusiya arasında münaqişə - Rusiyanın bu ölkələrə hərbi müdaxiləsi kimi qiymətləndirilir. İkincisi, Gürcüstan və Ukrayna birmənalı strateji seçim edərək avroatlantik inteqrasiya yolunu tutublar, başqa sözlə, Qərbə sığınıblar. Dağlıq Qarabağ münaqişəsi isə Qərb (həm də Rusiya) tərəfindən bir dövlətin başqa dövlətə hücumu və işğalçılığı kimi yox, etnik konflikt və bundan doğan ərazi ixtilafı kimi qəbul olunur. İkincisi, Azərbaycanın avroatlantik inteqrasiya istiqamətində seçim etməməsinin də müəyyən təsiri var, lakin bu amili şişirtmək lazım deyil. Yəni sabah biz AB və NATO ilə daha sıx əməkdaşlığa getsək, onların münaqişəyə baxışının radikal şəkildə dəyişəcəyini söyləmək üçün əsasımız yoxdur. Burada Qərb və Rusiyanın mövqeyi arasında təməl fərq budur ki, Qərb tərəfi səmimi olaraq münaqişənin həllini (ədalətli-ədalətsiz, fərqi yoxdur), Azərbaycan və Ermənistanın barışmasını və əməkdaşlığa başlamasını, bölgədə kommunikasiyaların açılmasını (o cümlədən Ermənistan və Türkiyə arasında) arzu edir. Merkelin münaqişənin həlli üçün Almaniyanın daha fəal rol oynamağa hazır olduğunu söyləməsi də onların ixtilafın nizamlanmasındakı marağını göstərir, lakin Fransanın timsalında AB zatən həmsədrlərdən biridir və Berlinin Qarabağ məsələsində Parisdən fərqli bir iradə ortaya qoyub, bunu həyata keçirəcəyini gözləmək doğru olmaz.
Sonda bir məqama da diqqət çəkmək istərdim: Almaniyanın bugünkü xarici siyasəti ilə 70-ci illərin əvvəlindəki siyasəti arasında bənzərlik var. 1969-cu ildə sosial demokratlar hakimiyyətə gəldi və kansler Villi Brandt yeni xarici siyasət kursu, o cümlədən yeni Şərq siyasəti elan etdi. Polşa, Çexoslovakiya, Macarıstan və Bolqarıstanla əlaqələr quruldu, müqavilələr imzalandı. Şərq açılımının kulminasiya nöqtəsi isə SSRİ və kommunist Almaniya (ADR) ilə imzalanan müqavilələr oldu. Bəs həmin vaxt ABŞ hara baxırdı? Nikson hökumətinin başı Vyetnam savaşına qarışmışdı və AFR-ə mane olacaq, ona təzyiq göstərəcək durumda deyildi. Sosialist ölkələri ilə bu anlaşmalar Almaniya üçün həm də yeni bazarların əldə olunması demək idi. Yəni Almaniya artıq kapitalist dünyaya sığmamağa başlamışdı.
Bu proses sonradan, ABŞ-ın əngəl törətmək cəhdlərinə baxmayaraq, SSRİ-dən Avropaya qaz boru kəmərinin çəkilməsi kimi meqa layihənin həyata keçirilməsinə qədər inkişaf etdi. Bu gün də bənzər layihə - Rusiyadan Almaniyaya yeni qaz kəmərinin (Şimal axını - 2) çəkilməsi gündəmdədir və ABŞ bu layihəyə də müqavimət göstərir. Tarix təkrarlanır.