vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
13:26 | 22 mart 2019 | Cümə Məqaləyə 3929 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Demokratiyanın dadı

Qazaxıstan, Nazarbayev və toplum

ORXAN

Mustafa Kamal Atatürk demokrat deyildi. Liberal heç deyildi. Qurduğu rejim də avtoritar bir rejim idi.

Lakin bu gün Atatürkün heykəlləri və portretləri Türkiyənin hər yanındadır. Şəriətçilərdən və separatçılardan başqa özünə demokrat və liberal deyən hər kəsim üçün də öndərdir.

Ona görə ki, Atatürk qurucu lider və inqilabçı idi, yeni bir dövlət qururdu. Türkiyə toplumu isə nə demokratiyaya hazır idi, nə də liberal dəyərlərə. Bu dəyərlərin formalaşması üçün zamana və islahatlara ehtiyac var idi.

Uzun sözün qısası, dönəmin Türkiyəsi və onun bütövlüyü üçün avtoritarizmdən başqa çıxış yolu yox idi.

Nazarbayev də demokrat deyil. Liberal heç deyil. Qurduğu rejim də avtoritar bir rejimdir. Rəhbəri olduğu ölkə isə əsrlər boyu qəbilə idarəçilik strukturu ilə idarə olunan, zamanla Rusiya çarlığının, daha sonra isə Sovet Rusiyasının istilasına uğrayan, 30-cu illərdən etibarən isə böyük köçlərə məruz qalan dövlət olub. Əhalinin etnik tərkibi böyük ölçüdə dəyişdirilib. Nazarbayevin əlbət ki, tənqid ediləcək yönləri var, lakin bu illər ərzində inqilab deyə biləcəyimiz bir çox işlərə imza atıb.

Bu gün Azərbaycanda oturub Qazaxıstandakı avtoritarizmi və rejimi tənqid etmək bir udum çaydan sonra 1 qaşıq halva yeyib, üstünə də bir status içmək kimi asan və sadədir.

Ancaq gerçəklər daha mürəkkəbdir.

Biz demokratiyanın ləzzətini qazaxlardan fərqli olaraq bundan 100 il öncə, 1918-ci ildə dadmış bir xalqıq. İkinci dəfə isə bu ləzzəti 1992-ci ildə daddıq. Qazaxlardan fərqli olaraq dadı 100 il əvvəl damağımızda qalan bir ləzzətin fərqindəyik.

Lakin bu hər şey demək deyil. İstənilən bir toplumda demokratiyanın və liberal dəyərlərin bərqərar olması üçün həmin toplumun buna hazır olması lazımdır.

Halva, halva deməklə ağız şirin olmur!

 

 

Poroşenko, Zelenski, yoxsa Timoşenko?

 

Ukraynada prezident seçkisinə 10 gün qaldı. Gənc yumorist artist Vladimir Zelenski reytinqlərdə birincidir. Ukraynada prezident seçkisində ikinci tur qaçılmazdır. Zelenskinin ikinci tura çıxacağı şübhə doğurmur. Bəs ikinci tura çıxacaq o biri namizəd kim olacaq? İki namizədin ikinci tura çıxmaq şansları böyükdür. Biri hazırki dövlət başçısı Petro Poroşenkodur, o birisi müxalifət liderlərindən Yuliya Timoşenkodur.

Bakıda Qlobal Foruma gələn Ukrayna XİN-nin yüksək rütbəli diplomatıyla (nazir üçün analitik hesabatlar hazırlayır) tədbirdən kənarda geniş söhbətimiz oldu. Onun proqnozu belə idi: “İkinci tura Zelenski və Poroşenko çıxsalar hazırki dövlət başçısı qələbə çalacaq”. Görünür, Poroşenko “xalq qos-qoca dövləti artistə etibar etməz” prinsipini əlində rəhbər tutaraq ikinci turda o biri namizədlərin elektoratını öz tərəfinə çəkə biləcəyini düşünür. “Bəs Zelenski qələbə çalsa Ukraynada nələr olacaq” sualıma isə maraqlı cavab aldım: “Ukraynada yarı-zarafat, yarı-ciddi deyirlər ki, Zelenski qələbə çalsa oktyabrdakı parlament seçkilərinə kimi prezident kürsüsünü itirməsə yaxşıdır...”

Ukraynalı diplomat yanılmır. Ukrayna cəmiyyəti hansısa siyasətçiyə inanaraq onu bəh-bəhlə hakimiyyətin yuxarı kürsüsündə otuzdurur, ancaq qısa müddətdə də ondan üz çevirərək yerin dibinə vurur. Bu həm Ukraynadakı demokratiyanın səviyyəsini, həm də insanların dəyişkən ruhunu göstərir. Mən də o fikirdəyəm ki, mövcud siyasətçilərdən bezən ukraynalılar çaşıb şoumeni prezident seçsələr az sonra ondan üz döndərəcəklər və 5-6 ay sonra Zelenskinin reytinqi dibə vuracaq.