vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
12:45 | 8 yanvar 2014 | Çərşənbə Məqaləyə 1699 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Havalar qızacaq

Yağmursuz havada bəzi yerlərdə dumanlı olacaq

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən yaydığı məlumatda bildirilir ki, yanvarın 9-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Cənub küləyi gündüz arabir güclənəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 0-4, gündüz 7-9 dərəcə isti olacağı proqnozlaşdırılır.
Yanvarın 9-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə ediləcək.
Havanın temperaturunun Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.