vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
15:48 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 2695 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Erməni dövləti» qurulacaqdı»

Əhməd Zəki Üçok: «Çevriliş baş tutsaydı Türkiyəni parçalayacaqdılar»

MÖVZU İLƏ ƏLAQƏLİ

FETÖ-çülərə qarşı mübarizəsi ilə tanınan keçmiş hərbi prokuror Əhməd Zəki Üçok, 15 iyulda Türkiyədə çevriliş cəhdinin baş tutacağı halda ölkəni gözləyən təhlükələrdən danışıb.

Avropa.info xəbər verir ki, Üçok çevriliş cəhdinin uğurlu olacağı halda Türkiyənin parçalanacağı, qardaş ölkənin ərazisində erməni və kürd «dövlətlərinin» qurulacağını deyib.

«Çevriliş cəhdi baş tutsaydı Türkiyə yenidən ABŞ-ın əlaltısına çevriləcəkdi. Türkiyənin cənub-şərqində kürd, şərqində isə erməni «dövlətləri» qurulacaqdı. Türkiyə hissələrə parçalanacaqdı.Daha sonra, Türkiyədə böyük bir qırğın olacaqdı. FETÖ ölkədə özlərinə müxalif gördükləri hər kəsi mühakiməsiz öldürəcəkdi.

Çevrilişdən sonra Türkiyənin başına gətirəcəkləri yeni adam mütləq və mütləq kəşfiyyat təşkilatlarının əmrində olacaqdı.Türkiyə kəşfiyyat təşkilatlarının istədiyi bir şəkildə idarə ediləcəkdi. Adımız bəlkə də Türkiyə Cumhuriyyəti qalacaqdı, amma ölkə ABŞ-ın forpostu olacaqdı», deyə Üçok qeyd edib.