11:56 | 20 yanvar 2014 | Bazar ertəsi
Məqaləyə 2811 dəfə baxılıb
Şriftin ölçüsü
2014-cü ilin ən kədərli günü
20 yanvarın ən depresiv gün olması bir necə faktorla əlaqələndirilib
Yanvar ayının 3-cü bazar ertəsi ilin ən kədərli günüdür. Bu il bu tarix yanvar ayının 20-nə düşüb. Psixoloqların fikrincə, məhz bu gün insanlar daha depressiv olurlar. Britaniyanın Kardif universitetinin psixoloqu Klif Arnell günün əhval ruhiyyəsi ilə bağlı xüsusi formul hazırlayıb.
Bu günün ən depressiv gün olması bir necə faktorla əlaqələndirilib. Bunlar - pis hava, bayramların bitməsi, həftənin əvvəli, gərgin iş həftəsinin başlaması və sairədir.
Əcnəbilər bu günü «Blue Monday» adlandırılar. Burada «Blue» sözü - kədərli, melanxolik mənalarında istifadə edilir.