vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
15:55 | 9 avqust 2017 | Çərşənbə Məqaləyə 1560 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Düşmən orudusunda fərarilik artıb

Erməni hərbçiləri döyüş mövqelərini tərk edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Son bir neçə ay ərzində Ermənistan ordusunda xidmətdən yayınma və döyüş mövqelərini özbaşına tərk etmə halları kütləvi xarakter alıb. APA-nın məlumatına görə, sosial şəbəkələrdə yer alan hadisələr deyilənləri tam sübut edir.

Belə ki, avqustun 4-də işğal olunmuş Xocavənd rayonu ərazisində yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi hissəsində Q. Piriposyan adlı hərbi qulluqçu hərbi hissəni özbaşına tərk edib. Avqustun 6-da isə eyni vaxtda Madagiz ərazisində yerləşən hərbi hissələrdə Ermənistan ordusunun 4 hərbi qulluqçusu hərbi hissəni özbaşına tərk edərək gediblər. Sergey Mardanyan, Sagir Avakyan və İvan Vanesyan barədə nizamnamə çərçivəsində cəza tədbiri görülüb. Hərbi Prokurorluğa bu barədə məlumat verilməyib. Komandanlıq tərəfindən ciddi cəhdlə adı hərbi polisdən gizlədilən 4-cü hərbi qulluqçu isə yaxalanarkən ac olduğunu və yemək üçün getdiyini bildirib.

Daha bir insident Füzuli rayonu ərazisində yerləşən Ermənistan ordusunun bölmələrindən birində baş verib. Belə ki, avqustun 7-də gecə saatlarında bölük komandiri Xalatyanın döyüş mövqeyini özbaşına tərk edərək getdiyi bildirilir. Hadisə gizlədilsə də zabit yoldaşları onun sərxoş vəziyyətdə yaxalandığını bildirirlər.

Ən maraqlı hadisə isə Hadrut rayonu ərazisində yerləşən işğalçı ordunun hərbi hissəsində baş verib. Burada artilleriya divizionunda yuxarı komandanlıq tərəfindən qəfil yoxlama keçirilərkən 3 hərbi qulluqçunun yerində olmadığı aşkarlanıb.

Rəhbərliyi aldatmağa cəhd göstərən ermənistanlı zabit onların yerinə başqa əsgərləri yoxlama komissiyasına təqdim edib.