İki paytaxtın Bakı davası
Qardaş Türkiyə harada, biz də orda?...; Azərbaycan Rusiyanın, yoxsa ABŞ-ın sadiq dost-müttəfiqlərinin sayını artıracaq?
Siyasət şöbəsi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
Eyni vaxtda həm Rusiyanın, həm də ABŞ-ın dost-müttəfiqi, hətta adicə tərəfdaşı olmaq getdikcə çətinləşir. Söhbət ilk növbədə Rusiyanın qonşusu olan Azərbaycan kimi kiçik ölkələrdən gedir. Biz istəsək də, istəməsək də, bu faktor, ayrı sözlə, kritik seçim zərurəti daim başımızın üstündə «Domokl qılıncı» kimi asılı qalmaqdadır. Nə vaxtadək?
Hələlik suala dəqiq cavab tapmaq çətindir. Əksər analitiklərə görə, ən azı, Putin dönəmində ABŞ-Rusiya münasibətləri yaxşılaşmayacaq. Demək, Azərbaycan da öz başına çarə qılmalı, diqqətli olmalı, «dalaşan iki filin ayağı altında ot» olmaqdan qaçmalıdır.
Bundan ötrü əlbəttə ki, çevik siyasət, diplomatiya yürütmək tələb olunur və hələ ki rəsmi Bakı buna nail olur. Üstəlik, həll olunmamış Qarabağ problemi bundan sonra da atacağımız addımlara əlavə siyasi çalar verəcək, ağırlıq gətirəcək. Yəni, Azərbaycan işğalçı Ermənistanın da bu xüsusda atdığı və ya atacağı diqqətlə izləyib adekvat reaksiya vermək zorundayıq. Bütün hallarda ABŞ-la Rusiyanın Azərbaycan davasının pik nöqtəyə çata biləcəyini də unutmamalı və buna hazır olmalıyıq.
***
Bu xüsusda tanınmış amerikalı jurnalist-analitik Maykl Bomun «Moskva-Baku» portalına söylədikləri bəzi fikirlər günün mövzusu ilə səsləşməklə yanaşı, Azərbaycanın geosiyasi seçimi kontekstində də maraq doğurur.
Musavat.com-un məlumatına görə, Rusiya-ABŞ rəqabəti fonunda öncə Birləşmiş Ştatların vitse-prezidenti Maykl Pensin Gürcüstan səfərinə və Gürcüstanda sabah - avqustun 12-də bitəcək və işğalçı Ermənistanın da qatıldığı NATO təlimlərinin səbəblərinə toxunan siyasi icmalçı deyib: «Superdövlətin üç əsas göstəricisi var - güclü iqtisadiyyat, böyük hərbi qüdrət və müttəfiqlərin çoxluğu. Hər üç faktor eyni dərəcədə vacibdir. Rusiyanın hərbi-texniki göstəricisi yaxşıdır, bununla bağlı onun problemi yoxdur. Amma iqtisadiyyat və müttəfiqlərlə əlaqəli ciddi problemləri var. Bu da daim Rusiyaya mane olur. Rusiya fövqəldövlət statusuna iddia edir. Ancaq nə qədər ki, bu üç tərkib hissəyə nail olunmayacaq, Rusiyanın statusu da həmişə axsayacaq».
Onun sözlərinə görə, ABŞ üçün indiki müttəfiqlərlə əlaqələri saxlamaq və möhkəmləndirmək və yenilərini tapmaq - aksiomdur. «Ermənistanın Gürcüstandakı NATO təlimlərində iştirakına gəlincə, fikrimcə, bununla o, özünü sığortalamaq istəyir. Ermənistan, rusların məsəlində deyildiyi kimi, «Bütün yumurtaları eyni zənbilə qoymaq istəmir» - hərçənd İrəvanın Moskva ilə yaxşı, möhkəm əlaqələri mövcuddur. Amma bu gün belə görünür ki, Ermənistan Rusiyaya kifayət qədər etimad bəsləmir. Bunu çoxvektorlu siyasət, xarici siyasətin şaxələndirilməsi və ya bir başqa cür adlandırmaq olar. Bununla belə, Qərbə «baxan» İrəvan Ermənistan Rusiya ilə də yaxşı münasibətləri qoruyub saxlamaq istəyir», - deyə o qeyd edib.
Azərbaycana gəlincə, amerikalı şərhçi hesab edir ki, Bakıya münasibətdə Amerikada bir qeyri-müəyyənlik yaşanır: «Ona görə ki, Azərbaycan özünəməxsus xarici siyasət neytrallığını saxlayır. Bakının həm Rusiya, həm də Qərblə yaxşı əlaqələri var. Fikrimcə, ABŞ Azərbaycanı özünün layiqli tərəfdaşı kimi görməyə hazırdır».
***
«Layiqli tərəfdaş» deyərkən isə yəqin ki, Gürcüstan nümunəsi nəzərdə tutulur. Əslində ABŞ vitse-prezidenti M. Pensin Tiflisdə Gürcüstanın təhlükəsizliyi və ərazi bütövlüyü ilə bağlı verdiyi bəyanatlar qonşu Azərbaycana da çağırışdır ki, Vaşinqton bizim ölkəni də bütünlüklə öz təhlükəsizlik çətiri altına, Qarabağ məsələsində birmənalı ədalətli mövqe tuta bilər.
Şübhəsiz ki, indinin özündə də Azərbaycan Qərb üçün böyük energetik önəm daşıyır. ABŞ-a bizim neft-qazımızın isti-soyuqluğu olmasa da, Qərbin mühüm parçası olan Avropaya Rusiyanın qaz şantajının, qaz asılılığının azalmasında ölkəmizin rolu danılmazdır və bu rol getdikcə artır.
Bununla belə, Pensin bəyanatlarından qənaət hasil olur ki, Vaşinqtonun siyasi-humanitar və hərbi sahələrdə də Bakıdan umacaqları var. Özü də bu umacaqlar incə şəkildə Azərbaycanın bundan sonrakı iri qaz layihələrinin uğurla reallaşması ilə əlaqələndirilir, Qarabağ məsələsinin ədalətli həll ediləcəyinə incə şəkildə eyham vurulmaqla ortaya qoyulur. Yəni Pensin bir Tiflis mesajı da odur ki, dərin əməkdaşlıq və müttəfiqlik üçün təkcə energetik sferada iş ortaqlığı kifayət etməyə bilər. Lap dəqiqi, ABŞ Azərbaycanı öz sadiq dostları sırasında görməyə ümidlidir.
Bunun baş səbəbi Gürcüstanın deyil, məhz Azərbaycanın Güney Qafqazda açar ölkə olması ilə bağlıdır. Məsələ də bundadır ki, həm Vaşinqton, həm də Moskva Bakının siyasi siyasət oriyentasiyasını dəyişməsin ilə regionun taleyini həll edə biləcəyinin fərqindədir - o halda bölgə uzun müddətə ya ABŞ-ın (Qərbin), ya da Rusiyanın orbitinə, nəzarətinə düşəcək. Demək, avtomatik olaraq Gürcüstanın da taleyi bəlli olacaq.
***
Bir sözlə, Güney Qafqaz uğrunda dava əslinə qalsa, böyük ölçüdə Azərbaycan uğrunda davadır. Belə bir mühüm status isə Bakıya risklərlə yanaşı, sözsüz ki, yeni şanslar və fürsətlər vəd edir. Bəs, seçim eləməklə Azərbaycanın siyasi və başqa qazancı nə olacaq, Qarabağ məsələsi necə olacaq? Bizim milli çıxarlarımızın diktə elədiyi əsas sual budur.
Suala cavabı Bakı yəqin ki, qardaş Türkiyə ilə birgə axtarsa, daha məntiqli olar. Söhbət həm də böyük bir təcrübədən, nümunədən gedir. Hər necə olmasa, Türkiyə bu gün NATO üzvü ola-ola Rusiya ilə yaxşı münasibətlərə malikdir. Hərçənd, bu iki böyük dövləti müttəfiqdən daha çox «mehriban düşmənlər» kateqoriyasına salmaq lazım gəlir.
Bütün hallarda Azərbaycan uğrunda dava məhz o mövzulardandır ki, «Türkiyə harada, Azərbaycan da orda» deyimi heç vaxt olmadığı qədər cəlbedici və aktual görünür. O da var ki, «Yumurtaların hamısını eyni zənbilə qoymamaq» siyasəti həmişə səmərəli olmaya bilər. Gürcüstan nümunəsində bunu görürük...