vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AVROPA  
10:53 | 11 avqust 2017 | Cümə Məqaləyə 2385 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Britaniyada ciddi ittiham

Millət vəkili müsəlman kişiləri ağ qız uşaqlarına təcavüzdə ittiham edir

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Telegraph» qəzetində tanınmış Britaniya jurnalisti Trevor Fillips (Trevor Phillips) yazır ki, BBC nəhayət ki, ən böyük tabuların biri üzərindən rəsmən aşıb. Korposrasiyanın proqramlarından birində İngiltərə şəhərlərində yetkinlik yaşına çatmamış qızlara qarşı dəstə ilə törədilən seksual təcavüzün «Asiya» mənşəli kişilərlə bağlı olduğu etiraf edilib.

Məqalədə deyilir ki, BBC-nin ölkə xəbərləri redaktoru Mark İston (Mark Easton) «Ten O'Clock News» (Axşam saat 10 xəbərləri) proqramında «əksəriyyəti ağdərili qız və qadınların - əksəriyyəti asiyalı olan kişilər tərəfindən cinsi istismar edildiyi» barədə ürək ağrısı ilə danışıb.

Müxalif Leyborist Partiyasından millət vəkili Sara Çempion (Sarah Champion) «cinayət törədənlərin bütün icmalardan çıxdığına dair» şablon ifadədən qaçaraq, baş verənləri «ağ qız uşaqlarına qarşı spesifik etnik azlıqdan olanların təcavüzü» adlandırıb.

Fillips yazır ki, qız uşaqlarına qarşı cinayətlər sənaye miqyasını alıb. Rozerham (Rotherham) şəhərində 1,400-dən çox uşaq dəstə ilə zorlanıb, başqa uşaqların zorlanmasına tamaşa etməyə məcbur olunub, narkotiklərə alışdırılıb və trefikinqə məruz qalıb.

12 yaşlı qızlar zorlama nəticəsində uşağa qalıb, onlardan bəziləri abort olunub, bəzilərinin isə uşaqları onlardan alınıb.

Xanım Çempion deyib ki, hakimiyyət orqanları bu cinayətlərə uzun müddət göz yumub, çünki rəsmilər «irqçilikdə» ittiham edilməkdən qorxublar.

Norzumbria (Northumbria) polis idarəsinin rəisi Stiv Eşman (Steve Ashman) mediaya deyib ki,  «biz bu cinayətlər barədə həqiqəti demədikcə onlar davam edəcək».

Polis rəisi aydınlıq gətirib ki, uşaqlara qarşı cinsi təcavüzdə ittiham edilərək həbs olunanların əksəriyyəti pakistanlı olsa da, onların arasında iraqlılar, əfqanlar, türklər və başqaları da var.

Trevor Fillips əvvəlcə müsəlman sözünü açıq yazmasa da işarə edir ki, burada «asiyalı» sözü qətiyyən uyğun gəlmir, çünki belə dedikdə hindistanlılar, Şərqi Asiyadan olan və bu cinayətlərlə əlaqəsi olmayan insanlar təhqir edilmiş olur.

Məqalədə deyilir ki, «bu cinayətləri törədənlərin bir ortaq cəhəti var. Bu da onların dinidir. Onlar müsəlmanlardır…»

Fillips yazır ki, «biz ağa ağ, qaraya qara deməliyik və bunu cəkinmədən etməliyik…»

Jurnalistin fikrincə, BBC islamofobiyada ittiham olunmaqdan qorxmadığına görə cəsarətli addım atıb.

«The İndependent» qəzeti də eyni mövzuya müraciət edib.

Məqalədə deyilir ki, millət vəkili Çempion BBC Radio 4-ün «Today» (Bu gün)  proqramına faktları açıq deməyin vaxtının çatdığını söyləyib.

Millət vəkili bildirib ki, Nyukasl (Newcastle) şəhərində qız uşaqlarına qarşı təcavüzü törədənlərin 18 nəfərindən 17-si asiyalıdır. Britaniya şəhərlərində belə əməllərlə məşğul olanların əksəriyyəti britaniyalı pakistanlılardır.

Xanım Çempion deyib ki, bu tip cinayətlərdə ittiham edilən yüzlərlə pakistanlı kişi var.

«Biz bu məsələni ciddi təhqiq etməliyik ki, görək nə baş verir», - deyə deputat bildirib.

«The İndependent» yazır ki, böyük bir ehtimalla millət vəkilini müəyyən cinayət növünü müəyyən etnik qrupla bağlamaqla irqçi münasibətlərə rəvac verməkdə ittiham edənlər olacaq.