
Putinin paradına tələsənlər...
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
... Yaxud 9 May paradına qatılıb-qatılmamaq niyə prinsipial məsələyə çevrilib?
Bolton Rusiyanın Ukrayna ilə kifayətlənməyəcəyini deyir
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Azərbaycan-İran münasibətlərində yeni mərhələ
Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci vətəni hesab edirik”
Nəhayət öz siyasi memimizi yaradırıq
İran prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq mühiti yaradır
Mixail Saakaşvili: “Dövlətlərin öz ləyaqətini qorumaq davranışı prinsipinin yaradıcısıdır”
Diplomatik balans və strateji perspektivlər
Azərbaycan və Rusiya prezidentlərinin ötən ay iyulun 21-də Soçidə baş tutmuş görüşü ilə neçə vaxtdır Azərbaycana qarşı hər fürsətdə təbliğat aparan, erməni Aram Qabrielyanovun başçılıq etdiyi «Life news» telekanalının bağlanması arasında əlaqə var. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumat jurnalist Eynulla Fətullayevin haqqin.az saytında bu günlərdə dərc edilmiş, Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyən Moskvadakı erməni dairələrinin fəaliyyətinə həsr olunmuş məqaləsində (https://haqqin.az/comics/108818) yer alıb.
Xəbər verildiyi kimi «Life news» telekanalı avqustun 19-dan etibarən efirdən yığışdırılıb, telekanal artıq kabel və kanalları ilə yayımlanmır, ancaq internet platforması üzərindən fəaliyyətini davam etdirir. İnternet televiziya formatına isə gələcəkdə təkcə xüsusi ekstremal vəziyyətlərdə canlı yayımlar verəcək, habelə saytı fəaliyyətini davam etdirəcək. Rusiya mənbələrində telekanalın Kreml tərəfindən bağlandığı haqda xəbərlər yayılıb. Qabrielyanov özü bu məlumatları təkzib edir.
Eynulla Fətullayevin məqaləsində deyilir ki, Rusiya XİN-dəki erməni dairələrinin Bakı ilə Moskva arasında mnasibətlrin möhkəmlənməsinə mane olmağa yönəlmiş bütün səylərinə baxmayaraq prezidentlər İlham Əliyev və Vladimir Putin arasında şəxsi etimada əsaslanan möhkəm format qalır. Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə, hakim elitalar və dövlət institutları arasında yeni arzuolunmaz böhranlı vəziyyətlərin yaranmasının qarşısını almaqda əsas ümid yeri məhz bu formatdır.
«Rusiya XİN-in rəhbərliyinin günahı üzündən yaranmış diplomatik böhrandan sonra iyulun 21-də Putin və Əliyev Soçidə saatlarla danışıqlar apardılar. Və bizim əldə etdiyimiz informasiyaya görə prezidentlərin Rusiya və Azərbaycanın maraqları baxımından həyati vacib əhəmiyyət kəsb edən bu danışıqları bir çox suallara aydınlıq gətirdi. Görünür təsaddüfi deyil ki, bu görüşdən az sonra Moskvada ermənilərin ruporlarından biri olan «Life news» telekanalı-Qabrielyanovun Azərbaycan haqda feyk-xəbərlər yayan sarı «piştaxtası» bağlandı. İstisna etmək olmaz ki, Moskvadakı erməni nəşrlərinin fəaliyyəti prezidentlərin görüşündə müzakirə olunmuşdu»-məqalədə deyilir.