vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
SAĞLAMLIQ  
18:53 | 1 sentyabr 2017 | Cümə Məqaləyə 1655 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Biz niyə əsnəyirik?

Bəziləri bunun gözəl olduğunu, bəziləri isə bu istəyi boğduqlarını deyir

Bunu oxuyarkən siz əsnəyə bilərsiniz, çünki əsnəmək yoluxucudur. Bunun səbəbinə cavab tapmaq üçün tədqiqatçılar beynimizdə nə baş verdiyinə baxıblar.

Britaniyanın «Nottingham» Universitetindən bir qrup alim bu prosesin beynin motor funksiyasından məsul olan hissəsində baş verdiyini aşkar edib.

İlkin motor korteksi Tareta (Turetta) sindromu kimi bir çox hallarda əsas rol oynayır.

Beləliklə, alimlər yoluxucu əsnəmək anlayışının bu pozulmaları başa düşməyə kömək edəcəyini söyləyirlər.

Yoluxucu əsnəmək ekofenomennin ümumi formasıdır - başqasının söz və ya hərəkətlərinin avtomatik təqlid edilməsidir.

Ekofenomen Tareta sindromunda olduğu kimi, epilepsiya və autizm də daxil olmaqla, digər hallarda da müşahidə olunur. Fenomen halında beyində nə baş verdiyini izləmək üçün alimlər 36 könüllünü başqalarının əsnəməyinə baxarkən izləyiblər.


«Həssaslıq»


«Current Biology» jurnalında dərc olunmuş tədqiqatda bəziləri əsnəməyin gözəl olduğunu, bəziləri isə bu istəyi boğduqlarını deyiblər.

Əsnəməyi boğmaq hər insanın motor korteksinin necə işlədiyini və onun həssalığını göstərir.

Xarici transkranial maqnit stimulyasiyasından (TMS) istifadə edərək, motor korteksində həssaslığı artırmaq mümkündür belə ki, insanların əsnəməyə meyli də artır.

Tədqiqatçılar transkranial maqnit stimulyasiyasından tədqiqatda istifadə ediblər.

Tədqiqatda işləyən koqnitiv neyropsixoloji professor Corcina Cekson (Georgina Jackson) tapıntının daha geniş şəkildə istifadə olunacağını söyləyib.

«Tareta sindromunda əgər biz həyəcanlılığı azalda bilsək, tikləri(əzələ, baş, çiyinlərin və s qeyri-ixtiyari şəkildə atması) də azalda bilərik, buna görə də, onun üzərində işləyirik».

Araşdırmada iştirak edən bir başqa professor Stefen Cekson (Stephen Jackson) «Əgər biz kortik həyəcan verən dəyişikliklərin neyron pozğunluqlara necə səbəb olduğunu tapa bilsək, biz onları potensial olaraq, tərsinə çevirə bilərik», - söyləyib.

«Biz beyin şəbəkələrində tarazsızlığı modulyasiyasında təsirli ola biləcək TMS-dən istifadə edərək, potensial dərmansız, fərdi müalicə üsulları axtarırıq», - o əlavə edib.

Empati və əsnəmək arasında əlaqəni tədqiq edən, Albanidəki (Albany) Nyu-York Dövlət Universitetinin psixoloq həkimi Endyu Gallap (Andrew Gallup) deyir ki, TMS-dən istifadə olunması yoluxucu əsnəməyin tədqiqində yeni bir yanaşma olub.

O əlavə edib ki, bizim hələ də niyə əsnədiyimiz ilə bağlı nisbətən daha az məlumatımız var.

Müxtəlif tədqiqatlar yoluxucu əsnəmə və empati arasındakı əlaqəni irəli sürür, lakin bu əlaqəni dəstəkləyən tədqiqatların nəticələri qarışıq və ziddiyətlidir.

Yeni tapıntılar yoluxucu əsnəmənin empati ilə əlaqəsi olmadığına dair daha çox sübutlar təqdim edir.