vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
KARYERA  
14:26 | 7 iyun 2022 | Çərşənbə axşamı Məqaləyə 7043 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Böyük Britaniyada “tarixi təcrübə”

Dördgünlük iş həftəsinin sınaqları başlanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyada dördgünlük iş həftəsinin sınaqları başlanıb. Pilot layihə 6 iyun 2022-ci ildə başladılıb və 6 ay davam edəcək. Ümumilikdə sınaqda müxtəlif sahələr üzrə 70 şirkətdən olan 3300 işçi iştirak edəcək. Təcrübə 100:80:100 modelinə əsaslanır - öhdəliyi 100 faiz yerinə yetirmək müqabilində 80 faizlik vaxt üçün 100 faizlik əməkhaqqı.

Eksperiment “4 Day Week Global” qeyri-kommersiya təşkilatı tərəfindən “Autonomy” beyin mərkəzi, həmçinin Boston Kolleci, Kembric və Oksford Universitetlərinin tədqiqatçıları ilə birgə təşkil olunur.

Boston Kollecinin sosiologiya professoru və pilot layihənin aparıcı tədqiqatçısı Culiyet Şor layihəni “tarixi təcrübə” adlandırıb: “Biz əlavə istirahət gününün stress və bitginliyə, iş və həyat məmnunluğuna, işçilərin sağlamlığına, yuxusuna və enerjisinə, eləcə də onların həyatının bir çox digər aspektlərinə necə təsir etdiyini təhlil edəcəyik”.

Bundan əvvəl 2015-2019-cu illərdə qısaldılmış iş həftəsi ilə bağlı dünyanın ən böyük eksperimenti İslandiyada keçirilib. Burada müxtəlif sahələrdən 3000-ə yaxın dövlət qulluqçusu iştirak edib. Onun nəticələri müsbət qiymətləndirilib.

2022-ci ilin sonunda isə oxşar təcrübələrin İspaniya və Şotlandiyada da hökumətlərinin dəstəyi ilə keçirilməsi nəzərdə tutulub.