Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
14:01 | 7 iyun 2022 | Çərşənbə axşamı
Məqaləyə 985 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ məhkəməsi rusiyalı milyarder və "Çelsi" futbol klubunun sahibi Roman Abramoviçə (Avramovich) məxsus iki təyyarənin həbsinə order verib. Manhettenin federal hakimi iyunun 6-da Abramoviçi Rusiya işğalından sonra ABŞ-ın ixrac nəzarətini pozmaqda günahlandıraraq, bu təyyarələrin həbsinə order verib.
“Reuters” yazır ki, ABŞ istehsalı olan bu təyyarələr lisenziya olmadan bu ilin martında 3 dəfə Moskvaya uçublar.
Bu lisenziyanı ABŞ-ın ixrac məhdudiyyətləri tələb edir.
Amma mənbə yazır ki, ABŞ hökumətinin təxminən 400 milyon dollarlıq dəyəri olan bu təyyarələri müsadirə etmək ehtimalı hələ ki, qeyri-müəyyən olaraq qalır.
ABŞ Ədliyyə Departamentinin rəsmisi deyir ki, təyyarələr hələ ki, ABŞ-ın nəzarətində deyil, amma bu orderlər çox güman ki, şirkətləri onların hərəkətinə kömək etməkdən çəkindirəcək.
“Reuters” yazır ki, ABŞ Ticarət Departamenti bundan başqa Abramoviçi lisenziyasız uçuşlara görə təxminən 1 milyon dollar cərimələyə bilər.
Abramoviç və ya onun nümayəndəsi hələlik bu məsələyə münasibət bildirməyib.
Amma o, bir qayda olaraq Putinlə yaxın əlaqələri olması barədə deyilənləri təkzib edir.
“Reuters” yazır ki, Abramoviç Rusiyanın Ukraynaya təcavüzündən sonra-bu ilin martında “Çelsi” klubunu satışa çıxardıqdan sonra bu xəbər manşetlərə çıxdı və bu proses Böyük Britaniyanın ona qarşı sanksiyaları ilə çətinləşdi və yalnız ötən ay gerçəkləşə bildi.
Bundan başqa onun bir sıra dəbdəbəli gəmiləri ətrafında da qalmaqal yaranıb və milyarder hər vasitə ilə onları sanksiyalardan xilas etməyə çalışır.