
Çilidə 7,5 bal gücündə zəlzələ
Sunami xəbərdarlığı edilib
Sunami xəbərdarlığı edilib
4,2 bal gücündə
Dağıntılar və yaralılar var
Dəqiqlik ehtimalı bəzən 37, bəzənsə 16 faiz olur
Təkanlar 4.9 bal gücündə 11 km dərinlikdə olub
İnsanlar gecəni küçələrdə keçirdilər
Kütahyada bir-birinin ardınca qorxunc zəlzələlər baş verib
AFAD-dan İstanbul zəlzələsi ilə bağlı son dəqiqə açıqlaması
İstanbulda bir dükan sahibinin hərəkətləri sosial mediada trend olub
Zəlzələyə baxmayaraq istehsal davam edib
Afterşoklar və sunamilərin yaranma səsəbləri
Maraş zəlzələsini proqnozlaşdıran Frank Huqerbitsdən yeni açıqlama
İstanbulda baş verən zəlzələnin ilk texniki analizi nəşr olundu
Alman seysmoloq İstanbul zəlzələsini şərh edib: “Növbəti təkanlar 7,4-ə çata bilər”
Türkiyədəki zəlzələ haqqında danışan seysmoloq: “Yaxşı qurtardıq”
Tanınmış seysmoloq: “Təkanlar fay üzərindəki gərginliyi artırır”
Meksikada güclü zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb, rəsmilər bildirib. Bu arada dağıntılar altında qalmış insanları xilas etmək üçün səylər gecə-gündüz fasiləsiz davam etdirilir.
Prezident Enrique Peña Nieto bildirib ki, çərşənbə axşamı günü baş vermiş zəlzələ nəticəsində yaralananların xilas edilməsi «ən mühüm» məsələ olaraq qalır.
Zəlzələ nəticəsində onlarla bina uçub, milyonlarla insanın elektrik enerjisi ilə təchizatı kəsilib.
Xilasedicilərin güman etdiyinə görə, paytaxt Mexikoda yerləşən 10 binada hələ də insanlar qala bilər.
Ölənlərin sayına dair yeni rəqəmlər Meksika fövqəladə hallar xidməti və prezident ofisi tərəfindən açıqlanıb.
Xilasetmə əməliyyatı 3-cü gündür ki, davam edir.
Bu arada, əsas diqqət yetirilən obyektlərdən biri də paytaxtda yerləşən Enrique Rébsamen məktəbidir.
Onun dağıntıları altından qadın müəllimənin cəsədi aşkar edilmişdi.
500-dən çox əsgər və dənizçi 200 polis əməkdaşı ilə birgə ərazidə aparılan işlərdə könüllü olaraq iştirak edir.
Rəsmilərin dediyinə görə, 11 uşaq xilas edilib, 19 uşaq və 6 böyük həlak olub.
Məktəbin şagirdləri arasında hazırda itkin düşmüş sayılan yoxdur.