vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
SAĞLAMLIQ  
21:27 | 27 sentyabr 2017 | Çərşənbə Məqaləyə 2294 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qızılca Britaniyada tarix oldu

Xəstəliyin kökünün kəsilməsini yubadan hansı qalmaqal olub?

«The Telegraph» yazır ki, Britaniya ilk dəfə olaraq qızılca xəstəliyini ləğv edib. Bunun dəqiq təsdiqlənməsi üçün növbəti 36 ayda yeni xəstəlik halları qeydə alınmamalıdır. Məqalədə deyilir ki, Birləşmiş Krallıq bu nəticəyə artıq 1990-cı illərdə çox yaxın idi, lakin o zaman işləri peyvənd kampaniyasındakı fasilələr pozmuşdu.

Səhiyyə rəsmiləri bildirirlər ki, 5-yaşlılar arasında xəstəliyin qarşısı 95 faiz alınıb.

Avropa Regional Qiymətləndirmə Komissiyası bəyan edib ki, Britaniya 2016-cı ildən bəri qızılcasız ölkə statusu qazanıb.

Rəsmilər bildirirlər ki, bu nailiyyətin əldə edilməsi üçün uşaqların peyvənd edilməsi 95 faizə çatdırılıb.

«The Telegraph» xatırladır ki, 1990-cı illərdə qızılca vaksinlərinin guya autizmə səbəb olduğu barəsində iddialar valideynləri uşaqlarını peyvənd etdirməkdən çəkindimişdi. Lakin sonrakı illərdə bu iddianın tamamilə əsasız olduğu təsdiqlənmişdi.

Əgər bu qalmaqal olmasaydı, Britaniyada qızılcaya hələ o vaxt son qoyula bilərdi. Lakin qalmaqala görə peyvəndləmə faizi 85-ə düşmüşdü.

Məqalədə deyilir ki, qızılca yüksək yoluxma qabiliyyətinə malik virus tərəfindən törədilir. Bu xəstəlik hamilə qadınlar və körpə uşaqlar üçün böyük təhlükə təşkil edir.

Xəstəliyin simptomları yüksək hərarət, burun axması, öskürək, gözlərin qızarması, boğazın gəlməsi və spesifik qaşınmadır. Xəstəlik habelə ağızda qonur-ağ səpkinin yayılması və iştahanın itməsi ilə müşayiət olunur.

Xəstəliyə səbəb olan virus adətən 14 gün ərzində orqanizmi tərk edir. Lakin bəzi nadir hallarda virus beyinə keçərək orada uzun illər qala bilər.

Peyvəndləmənin mövcudluğuna baxmayaraq qızılca bütün dünya boyunca körpə uşaqlar arasında ölüm hallarının sayına görə ən təhlükəli xəstəliklərdən biri sayılır.

2015-ci ildə qlobal miqyasda bu xəstəlikdən 134 min ölüm halı qeydə alınıb. Ümumiyyətlə isə xəstəlik planet boyunca geri çəkilir. 2000-ci ildə bu xəstəlikdən ölənlərin sayı 651 min nəfər olmuşdu. Bu isə o deməkdir ki, həmin vaxtdan bəri qızılcadan ölənlərin sayı 79 faiz azalıb.

2016-cı ildə dünya boyunca uşaqların 85 faizi peyvənd edilib. 2000-ci ildə bu rəqəm 73 faiz idi.