vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
SAĞLAMLIQ  
13:48 | 3 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 1888 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tatu adamı 15 ildən sonra da xəstə edə bilər

Döymədə işlədilən mürəkkəb bədəni zəhərli toksinlərdən qoruyan limfa düyünlərinə gedib çıxır

«The Telegraph» yazır ki, tatu və ya bədənin müxtəlif hissələrinə vurulmuş döymə şəkil və yazılar hətta 15 ildən sonra da infeksiyalara səbəb ola bilər. Bir qadın böyümüş limfa düyünləri ilə xəstəxanaya qəbul edildikdən sonra bu barədə həkimlər ciddi xəbərdarlıq ediblər.

30 yaşlı avstraliyalı qadın qoltuğundakı ağrılı şişin xərçəng olduğundan qorxmuşdu.

Lakin Sidneydəki «Royal Prince Alfred» xəstəxanasının həkimləri şişi toxumalardan ayırdıqdan sonra əmin olmuşdular ki, o bədxassəli deyilmiş.

Ekspertlər bu halı araşdırdıqdan sonra belə bir nəticəyə gəlmişdilər ki, qadının qoltuğundakı şişlərə onun bədəninə döydürdüyü şəkillər səbəb olub. Onlar həkimlərə məsləhət görüblər ki, bundan sonra limfomadan əziyyət çəkən pasientlərdən bədənlərində tatunun olub-olmadığını əvvəlcədən öyrənsinlər.

Həkimlər bundan əvvəl də bilirdilər ki, döymə şəkillərdə işlədilən mürəkkəb limfa düyünlərinədək gedib çıxır. Bu düyünlər bədəni zəhərli toksinlərdən qoruyan çox mühüm orqan sayılır. Lakin indi məlum olub ki, tatunun limfalara təsiri özünü illər sonrası da büruzə verə bilər.

Hazırda Britaniyada yetkin yaşlıların üçdə birinin bədənində döymə şəkil və yazılar var.

Avropa Sinxrotron Radiasiya Mərkəzində aparılmış təcrübə göstərib ki, tatu mürəkkəbində olan titan oksidi bütün bədənə yayılaraq limfa düyünlərində toplana bilər.

Avropa Sinxrotron Radiasiya Mərkəzindən Hiran Kastillo (Hiran Castillo) deyib ki, adamlar bədənlərinə şəkil döydürəndə adətən ehtiyatlı tərpənib sanitariyası yaxşı olan atelyelərə gedirlər, amma heç kəs tatu mürəkkəbinin kimyəvi tərkibi ilə maraqlanmır.

Halbuki tatu mürəkkəbinin tərkibində nikel, xrom, manqan və kobalt da ola bilər.

Tatu mürəkkəbinin limfa düyünlərinə təsirini araşdıran alim - Bernhard Hesse deyir ki, bu düyünlərin təsirlənməsi göz qabağındadır, çünki bədənə vurulan rəng onların da üstündə tapılır.

Alim bildirir ki, limfa düyünləri toksik mürəkkəbi orqanizmdən çıxarmağa çalışarkən özü də bu rəngə bulaşır.

Bu rəngin kiçicik nano hissəciklərdən ibarət olduğu isə bu yaxınlarda aşkarlanıb.

Alimlər bildirirlər ki, nano hissəciklərin orqanizmə təsiri hələlik ən az öyrənilən sahələrdən biridir.