İran şahmatçısı hicaba görə ABŞ komandasına keçib
Dorsa Deraxşani: «Qadınların təməl insan haqlarını pozan bir ölkənin ...»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ağlar qaralara qarşı...
Yaxud Natəvan şahmatda Dümanı necə mat etmişdi?
-
“Şah” finalda
Şəhriyar Məmmədyarov Maqnus Karlsenin rəqibi ilə qarşılaşacaq
-
Maqnus FİDE-ni pat vəziyyətinə saldı
Dünya çempionunun tac uğrunda qarşılaşmalardan imtina etməsi federasiyanı seytnota düşürüb
-
Yığmamızın heyəti açıqlandı
Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun adı yoxdur!
-
“Sizə bir sirr açım ...”
Şəhriyar Məmmədyarov: “Belə davam etsə, məni ən yaxın olan dəlixanaya aparacaqlar”
-
Sehrli fiqurlar ...
... və vikingin qorunmuş titulu
-
32 fiqur və 64 xana
Yaxud Aleksandr Alyoxin, soyuqqanlı vikinq və temperamentli italyalı...
-
Tək rəqəmlərdə qərar tutan zəka
Yığmamız dünya üzrə reytinq sıralamasında 4-cü yerdədir
-
2 qələbə 1 bərabərlik
Dünya çempionunu məğlub edən Şəhriyar Məmmədyarov lideridir
-
«Sübut etdik ki, Avropanın ən ağıllı xalqıyıq»
Şəhriyar Məmmədyarov: «İkincidən yaxşı bir yer var, o da birincidir»
-
Azərbaycan Avropa çempionudur!
Şahmat üzrə milli komandamız qitənin üç qat ən güclüsü oldu
-
Şahmatçılarımız Avropa Çempionatında liderliyə yüksəlib
Rusiya yığmasını darmadağın edərək, ...
-
2.5 - 1.5 ...
Avropa çempionatında Azərbaycan Ermənistana qalib gəldi
-
Məmmədyarov Aronyanı məğlub etdi
Erməni şahmatçı təslim olmağa məcbur oldu
-
Dünya çempionu sabah bilinəcək
Sonuncu oyun heç-heçə bitib
-
Erməni şahmatçıdan etiraf
«Azərbaycana hörmətim var...»
«The Telegraph» yazır ki, hicablanmadığına görə İran milli komandasından çıxarılan qadın şahmatçı ABŞ komandasına qoşulub. Dorsa Deraxşani ötən fevralda keçirilən «Tradewise Gibraltar» şahmat turnirində hicabdan imtina etdiyinə görə İran komandasından xaric olunduqdan sonra ABŞ milli komandasına qəbul edilib.
Dünya şahmat təşkilatı FIDE-nin internet saytında Dorsanın qeydiyyatı dəyişdirilib və onun Birləşmiş Ştatların komandasına keçməsi İran Şahmat Federasiyasının prezidenti Mehrdad Pəhləvanzadə tərəfindən təsdiq edilib.
Pəhləvanzadə deyib ki, Deraxşani əslində İran komandasının üzvü deyildi və İran üçün cəmi bir dəfə, 2014-cü ildə yarışıb.
Dorsa 2015-ci ildə bir şahmat klubu tərəfindən dəvət aldıqdan sonra Tehranı tərk edərək Barselonaya köçmüşdü. Həmin klub həm də onun təhsil haqqını ödəməyi öz üzərinə götürmüşdü.
Deraxşani Dünya Şahmat Federasiyası tərəfindən 2016-cı ildə qadın qrossmeyster və beynəlxalq qrossmeyster titullarına layiq görülüb.
Fevral ayında Cəbəllütariqdə keçirilən şahmat turnirində Dorsanın qardaşı Borna Deraxşani kompüterlə tandemdə İsrail qrossmeysteri Alexander Huzmana qarşı oynayıb.
Pəhləvanzadə daha sonra deyib ki, Bornaya da İranı təmsil etmək qadağan olunub.
Lakin əgər Dorsa İran komandasından hicab geyinmədiyinə görə xaric edilmişdisə, onun qardaşı İsrail şahmatçısına qarşı çıxış etdiyinə görə cəzalandırılıb. İran İsraili tanımır və İran idmançılarının bu ölkənin idmançıları ilə eyni matçlarda yarışması qadağan olunub.
İran Şahmat Federasiyasının baş katibi Şohre Bayat isə bir qədər dolaşıq bəyanat verərək deyib ki, «Dorsa indi ABŞ-da təhsil alır və o ABŞ komandasının üzvü deyil, amma sadəcə olaraq Birləşmiş Ştatların federasiyasına keçib».
Bundan əvvəl, fevral ayında keçmiş ABŞ çempionu Nazi Paikidze-Barnes ölkədəki məcburi hicab qanununa etiraz olaraq Tehranda keçirilən şahmat çempionatında iştirakdan imtina etmişdi.
O demişdi ki, qadınların təməl insan haqlarını pozan bir ölkənin Dünya Qadın Şahmat Çempionatı keçirməsi qeyri-məqbuldur.