
Putin niyə atəşkəs istəmir?
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Heydər Əliyev təkcə dövlət qurmadı – həm də millətin taleyinə sahib çıxdı
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
Rusiya liderinin velikorus şovinizmi artıq ifrat həddinə çatıb
SSRİ-də ilkə imza atan hərbçi qadınlarımız
Təbəssümləri də saxtadır
Biz faşizmlə 35 il döyüşdük
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın «Rosselxoznadzor» federal xidməti Azərbaycan, Ermənistan və Belarusdan pomidor idxalına nəzarəti gücləndirdiyini elan edib.
Virtualaz.org «RİA Novosti»yə istinadən xəbər verir ki, agentlik bunu həmin ölkələrin Rusiya bazarına «qadağan olunmuş məhsullar» göndərmək cəhdləri ilə əsaslandırıb.
«Son vaxtlar Azərbaycan, Ermənistan və Belarusa sonradan Rusiyaya ixrac edilmək üçün nəzərdə tutulan qadağan edilmiş məhsullarının idxalı artıb. Həmin ölkələr bu məhsulları öz məhsulları adı altında Rusiyaya ixrac etməyə çalışacaqlar», - Xidmətin xəbərdarlığında bildirir.
«Rosselxoznadzor» daha sonra bildirir ki, bitki mənşəli qadağan olunmuş məhsulların Rusiya bazarına daxil olması istisna etmək üçün agentlik adları çəkilən ölkələrin səlahiyyətli orqanlarını hər pomidor yeşiyinin üstündə məhsulun istehsalçısı və dəqiq ünvanı barədə məlumatların göstərilməsinin zəruriliyi barədə xəbərdar edib. «Rusiya ərazisinə daxil olan və taraların üzərində həmin informasiyalar yer almayan pomidorlar onların mənşəyinin araşdırılması üçün saxlanılacaq»-xəbərdarlıqda deyilir.
Qeyd edək ki, Rusiya hakimiyyəti bundan əvvəl də Türkiyə pomidorlarının Azərbayan, Belarus və Ermənistan üzərindən Rusiya bazarına ixrac edildiyini bildirib. Rusiya Türkiyə pomidorlarının idxalına embarqo qoyub və iddia edir ki, Azərbaycan, Belarus və Ermənistan Türkiyə pomidorlarını ucuz qiymətə alaraq onu öz məhsulları kimi markalayır, daha sonra qonşu ölkə bazarına ixrac edir.
Azərbaycan tərəfi isə bu iddianı hər dəfə təkzib edib, «Rosselxoznazor»un nümayəndələrini pomidor istehsal edilən istixana komplekslərinə dəvət edib onları məhsulun harada istehsal olunduğu ilə tanış etməyə hazır olduğunu bildirib. Bununla belə müntəzəm olaraq Azərbaycandan daşınan pomidorlar Rusiya ilə sərhəddə saxlanılır, Türkiyə pomidoru olması şübhəsi əsas gətirilərək bazara buraxılmır.
Azərbaycanda son illər istifadəyə verilən iri müasir istixanalar sayəsində pomidor istehsalı dəfələrlə artıb. Ermənistanda isə istixanaların artmadığı halda pomidor istehsalı dəfələrlə artıb və bu da ermənilərin həqiqətən Türkiyə pomidorlarını öz məhsulları adı altında Rusiyaya ixrac etdiyini göstərir. Azərbaycana gəldikdə isə «Rosselxoznadzor»un iradları haqlı deyil.