vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BANK, BİRJA, SIĞORTA  
15:30 | 13 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 2625 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Dollar ucuzlaşa bilər

Neftin qiyməti bu səviyyədə qalsa, ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya bazarında neftin qiyməti 55 dollar/bareldən yuxarı qalmağa davam edərsə, 2018-ci ilin fevral ayından etibarən Azərbaycanda valyutanın rəsmi məzənnəsində 1 dollar 1,60 manata bərabər ola bilər.

Yerli analitiklər bildirir ki, Azərbaycanın xarici ticarət göstəriciləri, tədiyyə balansı, inflyasiya və iqtisadi artım perspektivləri manatın möhkəmlənməsi üçün əsas təşkil edir.

Belə ki, neftin bahalaşması xarici ticarətin müsbət saldosunu getdikcə artırır. Bu zaman, dolların bir qədər ucuzlaşdırılaraq idxalın artırılması və büdcə gəlirlərinin yüksəldilməsi mümkündür. Nəzərə almalıyıq ki, Azərbaycan hələ də əsas strateji malları xaricdən idxal edir.

«Tədiyyə balansına gəldikdə isə, bu ilin II rübündə 967 milyon dollarlıq müsbət saldo əldə olunub. III rübdə bu göstəricinin 1,2 milyard dollara yüksələcəyini proqnozlaşdırırıq. Əgər belə olarsa, Azərbaycanın tədiyyə balansının müsbət saldosu 2014-cü ilin II və III rübünün göstəricisinə, yəni böhrandan əvvəlki rəqəmlərə yaxınlaşacaq. Xatırladaq ki, o zaman tədiyyə balansı müvafiq olaraq 1,59 milyard və 1 milyard dollar müsbət saldoyla nəticələnib», - deyə analitiklər qeyd ediblər.

İnflyasiya göstəricisi nəzərə alındıqda isə, dolların məzənnəsində geriləmə amili xüsusi önəm daşıyır. Belə ki, hazırda 14 faizə yaxın olan inflyasiya göstəricisinin geriləməsi üçün dolların məzənnəsində ucuzlaşma baş verməlidir: «İqtisadi artımla bağlı göstəriciyə dolların məzənnəsinin ucuzlaşması müsbət təsir göstərir. Belə ki, dolların ucuzlaşması nəticəsində inflyasiya geriləyir, bu da öz növbəsində əhalinin real gəlirlərini artırır. Əhali də öz növbəsində istehlak xərclərini artıraraq iqtisadi artıma müsbət təsir göstərir».

Analitiklər hesab edir ki, dollarda ucuzlaşma ehtimallarına baxmayaraq, Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədə olan manat kütləsinə nəzarəti əldən verməyəcək. Digər tərəfdən, onsuz da banklar sərt şərtlər çərçivəsində kreditləşmənin həcmini artıra bilmir. Bu da onu deməyə imkan verir ki, dollara tələbat, inflyasiya və iqtisadi artım hədəfləri AMB tərəfindən tam nəzarətdə olacaq.