«Azərbaycana terrorçu hazırlayıb göndərirlər»
İlham İsmayıl: ««Meşə qardaşları» ölkədə təhlükə mənbəyidir»
Əli RAİS
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İraqda İŞİD liderləri öldürülüb
Əməliyyatın balansı 15 gündən sonra açıqlanıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
İsraildən Suriyaya hava zərbələri
Həmadakı hücumlarda 16 ölü, 36 yaralı var
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
ABŞ bazasına hücum cəhdi
Kamikadze PUA-lar hədəfə çata bilməyib
-
“Müqavimət oxu” strategiyasında çatlar
Hərəsinin öz gündəmi olan terrorçu təşkilatlardan asılılığı İranı getdikcə riskli hala sürükləyir
-
Toqquşmadan son anda yayınıb
Suriyada ABŞ və Rusiya təyyarələri bir-birinə təhlükəli şəkildə yaxınlaşıb
-
İranın Suriyanın şərqində pəncələri
Bölgə hökumətin gizli şərikliyi ilə fars rejimi ambisiyasının təsiri altına düşüb
-
8 ABŞ əsgəri yaralanıb
Suriyada koalisiya qüvvələrinin bazasına olan PUA hücumunun nəticəsi açıqlanıb
-
İran-ABŞ qüvvələri arasında toqquşma
Yaraqlıların raketlərinə hava hücumu ilə cavab verilib
-
Suriyanın üç tərəfində silah səsləri
Şərqdə və şimalda münaqişələr, cənubda isə gərginlik hökm sürür
-
Suriyada hərarət artır
İran qüvvələri hücuma hazırlaşdığı vaxtda, beynəlxalq koalisiya hərbi texnika daşıyır
-
Mümkünlük və davamlılıq
Ərdoğanla Əsəd arasındakı mümkün görüşə zəmin hazırlanır
-
“Dialoqa hazırıq”
Baş terrorçu Ankara-Şam yaxınlaşmasından qorxdu
-
Yeni geri çəkilmənin başlanğıcı
Yaxud qlobal dəyişikliklər və böhranlı ölkələrin gələcəyi
Radikal dini qruplaşmalar olan «Meşə qardaşları» və «Ceyşullah»ın Azərbaycanda qarşılıqlıq salacaqları, hakimiyyətə qarşı hərbi əməliyyatlara start vermələri ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayıblar. Bu xəbərlər ölkədə ciddi narahatlığa səbəb olub. Bəs bu narahatlığın əsası varmı? Azərbaycanı ciddi təhlükə gözləyirmi? Hafta.az-ın bu və digər suallarına təhlükəsizlik məsələləri üzrə ekspert, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, polkovnik leytenant İlham İsmayıl cavablandırdı:
- Son günlərdə ölkədə radikal dini qruplaşmalar xeyli aktivləşib. Hətta hakimiyyətə qarşı təhdid mesajları da göndərirlər. Bütün bunlar hansısa təhlükədən xəbər verirmi?
- Ümumiyyətlə, radikal dini qruplaşmalar həmişə təhlükə mənbəyi olub.
Azərbaycanda isə onların təhlükələrinin miqyası kiçikdir. Ancaq bu o demək
deyil ki, bu kimi mesajlara fikir vermək lazım deyil. Əksinə, böyük hadisələr
də kiçik mesajlardan başlayır. Ona görə də hesab edirəm ki, dini qruplaşmalarla
bağlı hər detala diqqət yetirilməli, onları hansısa təhlükə törətməməsi üçün
nəzarətdə saxlanılmalıdır. Ümumilikdə məsələyə dünya miqyasında baxdıqda, yəni
Suriyada və digər ölkələrdə baş verənlər fonunda Azərbaycanda təhlükənin
miqyası kiçikdir. Lakin bu o demək deyil ki, radikal dini qruplaşmalar nəzarətsiz
buraxılıb. Bu deyilənləri SOS kimi qəbul edək. Hesab edirəm ki, xüsusi xidmət
orqanları da bütün bunları nəzərə alır və inanmıram ki, ölkə üçün hansısa ciddi
təhlükə olsun».
- «Meşə qardaşları» və «Ceyşullah»ın məlum mesajları barəsində nə düşünürsünüz?
- Sosial şəbəkələrdə «Ceyşullah» və «Meşə qardaşları» adından yayılan təhlükə
törədəcəkləri ilə bağlı xəbərlər yayılır. «Ceyşullah» bir o qədər də təhlükəli
deyil, ancaq «Meşə qardaşları» təhlükəli fəaliyyəti olub. Deməli təxribata,
radikalizmə meyllidirlər. Ancaq təlaşlanmağa gərək yoxdur. Çünki adi bir xəbər
belə əhəmiyyətlidir. Haradasa partlayıcı maddə qoyulması haqqında yayılan xəbər
sonrası həmin ərazi qarış-qarış axtarılır. Buna görə də bu kimi sosial
şəbəkələrdə də yayılan xəbərlərə fikir verilməli, bu kimi məlumatlar
araşdırılmalıdır. Yenə də deyirəm ki, bu qrupların təhlükə miqyası ölkəmiz üçün
elə də böyük deyil.
- Hacı Şeyxülislam Allahşükür Paşazadənin dünənki çıxışından sonra onun
əleyhinə mətbuatda hansısa qruplar tərəfindən informasiyalar yayıldı. Bu
informasiyaların davamında Şeyxə hər hansı bir sui-qəsd planlana bilərmi?
- Xeyr, bu hal inandırıcı görünmür. Çünki bu fətva və digər fikirlər Şeyxin öz
sözü deyil. Bu Qazilər Şurasının verdiyi qərardır və Qafqaz Müsəlmanları
İdarəsi tərəfindən yayılır. Bu qərarda konkret olaraq hədəfdə heç nə
göstərilmir. Sadəcə olaraq, Suriyada vuruşan azərbaycanlıların şəhid statusunun
olmaması haqqında danışılır. Burada radikal dini qrupların mənafeyinə toxunan
qərarlar qəbul edilməyib. Və hansısa ciddi müzakirə ediləcək məsələ
olmadığından hesab etmirəm ki, Şeyx hədəfə alınsın. Belə məsələlərə görə, Şeyxə
sui-qəsd edilsəydi onda gərək o çoxdan hədəfə alınardı. Çünki daha öncə də bu
kimi qərarlar verilib. Buna görə də hesab etmirəm ki, dünən yayılan siyahı
sui-qəsdə qədər dərinləşəcək.
- Son zamanlar neft ölkələrində radikal dini qruplaşmalar gərginlik yaratmağa
çalışır. Bu qrupları hərəkətə keçməsində maraqlı olanlar kimlərdir?
- Əlbəttə ki, bu qruplar kənardan maliyyələşir. Biz də neft ölkəsiyik, ancaq
təbii sərvətlər dövlətindir. Bu istiqamətdə heç bir məsələ yoxdur. Söhbət ondan
gedir ki, radikal dini qruplaşmalar xaricdən idarə edilir. Bu bəzi dövlətlərin
apardıqları ümumi siyasətin bir parçasıdır.
- Suriyada vuruşan azərbaycanlılar ölkəyə qayıtdıqdan sonra dövlətə qarşı hansısa
təhlükə yarada bilərlərmi?
- Bəli, yarada bilərlər. Bu şəxslər Azərbaycanda potensial terrorçu ola bilər.
Bu mənada dövlətin üzərinə böyük iş düşür. Həmin şəxslər geri qayıtdıqdan sonra
onları nəzarətdən kənarda buraxmaq olmaz. Onlar qanunsuz silahlı dəstələrin
fəaliyyətində iştiraka görə məsuliyyətə cəlb oluna bilər. Çünki Suriya ilə
bağlı verilən göstəriş sabah Azərbaycanla da bağlı verilə bilər. Dövlətin
təhlükəsizliyi müzakirə predmeti olduğundan bu məsələlərdə bir qədər sərtlik
nümayiş etdirilməlidir. Cəmiyyətin baş verənlərdə dövlətə arxayın olması üçün
dövlət konkret, ciddi sərt tədbirlər görməlidir.